Modern.az

TDT Baş katibi Azərbaycanı təbrik etdi

TDT Baş katibi Azərbaycanı təbrik etdi

Aktual

8 Noyabr 2025, 10:53

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubaniçbek Ömüraliyev Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

Modern.az xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.

"8 Noyabr – Zəfər Günü münasibətilə 44 günlük Vətən müharibəsi nəticəsində Şuşanın azad olunmasını, eləcə də ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını təmin etmiş Azərbaycan xalqının və Silahlı Qüvvələrinin qəhrəmanlığını və birliyini qürurla anıram", - deyə paylaşımda qeyd edilib.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!