Modern.az

Yazıçılar arasında beynəlxalq hekayə müsabiqəsi keçirilir

Yazıçılar arasında beynəlxalq hekayə müsabiqəsi keçirilir

28 Dekabr 2009, 15:18

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Beynəlxalq hekayə müsabiqəsinin təqdimatı olub. Modern.az-ın məlumatına görə, “Luç” Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyası, “Kaspi”, “Həftə içi”, “Nedelya” qəzetlərinin və Rusiya Federasiyasının “Tatar-inform” Agentliyinin təşkilati dəstəyi ilə keçirilən müsabiqənin məqsədi Azərbaycan ədəbiyyatında müasir nəsr formalarının inkişaf etdirilməsi, beynəlxalq ədəbi mühitin nəzər-diqqətinin Bakıya yönəldilməsidir.

Tədbirə Azərbaycan yazıçıları ilə yanaşı MDB, eləcə də digər ölkələrdən yazıçılar qatılacaqlar.

Müsabiqənin şərtlərinə əsasən, müəlliflərin təqdim edəcəkləri hekayə bir çap vərəqindən çox olmamalıdır. I, II, III yerləri qazanmış müəlliflər diplom və prizlərlə mükafatlandırılacaq. Bundan başqa, qaliblərin əsərləri mətbu orqanlarında dərc ediləcək.

Müsabiqənin münsiflər heyətində Azərbaycanın tanınmış mədəniyyət xadimləri təmsil olunacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir