Modern.az

Tahir Süleyman: ““Diplomat” qəzetinin çapına mane olan şəxsin adını tapmışam”

Tahir Süleyman: ““Diplomat” qəzetinin çapına mane olan şəxsin adını tapmışam”

Təhsil

12 Mart 2012, 13:55

”Azərbaycandakı mətbəələrdə “Diplomat” qəzetinin çap olunmasına qoyulan qadağanın kimdən gəldiyini öyrənib tapmışam”.
Bu sözləri Modern.az-ın əməkdaşına “Diplomat” qəzetinin baş redaktoru, kürd əsilli Azərbaycan vətəndaşı Tahir Süleyman bildirib.

”Əldə etdiyim məlumata görə, Türkiyənin Azərbaycandakı səfirinin xahişindən sonra Prezident Administrasiyasından Azərbaycandakı bütün mətbəələrə bizim qəzeti çap etməmək göstərişi verilib. Mən bu qadağanı başa düşə bilmirəm. “Diplomat” Azərbaycan dövlətçiliyinə qarşı hər hansı fəaliyyət göstərmir ki, bizə qarşı bu maneəni yaradırlar”.

T.Süleyman deyib ki, qəzetin sonuncu nömrəsini Gürcüstanda çap etməyə məcbur olublar.
Qeyd edək ki, Azərbaycan və kürd dillərində çıxan “Diplomat” qəzeti zaman-zaman terror təşkilatı olan PKK-nın lideri Abdulla Öcalanı müdafiə edən yazılar da yayımlayıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü