Arxiv
3 Dekabr 2019, 19:21 | AKTUAL
Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc: “Prezident yeni hakimiyyət qurur” – MÜSAHİBƏ

Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Oruc Redaktor.az-a müsahibə verib.

 

Modern.az həmin müsahibəni təqdim edir:

– Parlamentin buraxılması YAP-ın Milli Məclisdə cavanlaşmaya start verməsi kimi dəyərləndirildi. Sizcə, bu situasiyada gəncləşmə anlayışı, Prezidentin rəhbərlik etdiyi prosesin məhdud çərçivədə qiymətləndirilməsi deyil ki? 

– Hazırkı dövrün əsas trendlərini, aparıcı siyasətini təyin etmək, baş verən ölkəmiqyaslı dəyişikliklərin mahiyyətini düzgün izah etmək yönündə siyasi ekspertlər, politoloqlar müxtəlif ideoloji nəzəriyyələrdən istifadə edirlər. Əvvəlki illərlə müqayisədə dövriyyəyə çıxarılan fikir kütləsi xeyli artıb, canlanma və aktivlik danılmazdır. Son günlər medianın, sosial şəbəkələrin və ictimai diskussiya meydanlarının hamısında əsas gündəliyi Prezidentin qələminin mürəkkəbi ilə bütün hakimiyyət qollarının ənənəvi idarəetmə stilindən çıxarılmasına cəhd, xalqa xidmətin yeni nümunələrinin yaradılması təşkil edir. Prosesin adını idarəçilikdə gəncləşmə, cavanlaşma kursu kimi təqdim edənlər də çoxdur. Lakin fikrimcə ölkə başçısı ötən on illər ərzində ölkənin bir nömrəli qayğısını-Azərbaycanı beynəlxalq itqisadi məkanın vacib erteriyalarla bağlayandan sonra daha fundamental şəkildə yeni komanda quruculuğu və bütün hakimiyyət qollarına xalqın rəğbət, inam və etibarını gücləndirməyə yönələn son dərəcə taleyüklü addımlar atır. Qərarların sürəti bəzən onların dərin qiymətləndirməsini mümkünsüz edir. Amma şükürlər olsun, bütün yeniləşmə kursu qansız-qadasız baş verir. O cümlədən, ilin əvvəlindən əhalinin həssas təbəqələrini böyük maliyyə tutumlu qərarlarla dövlətçilik mövqeyində qoruyub saxladıqdan sonra, Birinci şəxs şahmat masasında qrossmeyster dəqiqliyi və ardıcıllığı ilə vətəndaşların uzun on illər qəlbində özünə yer tutan əsil xalq hakimiyyəti modelini bərqərar edir. Zənnimcə, biz yeni siyasətin adını belə də adlandırmalıyıq – Prezident hakimiyyətin bütün qollarını yeniləyirsə, bu, yeni hakimiyyət qurmaq deməkdir!

Açıq demək lazımdır ki, 2015-2017-ci illərdə bunları gerçəkləşdirmək mümkün olmazdı. Baxmayaraq ki, ilk tədbirlər neft bumunun sönməsi və hökumətin asan pullarla idarəçiliyinin başa çatmasından sonra başladı. Məhz o vaxtlar hökumətin yenidən təşkilinə star verildi. Özü də daha strateji sahədən başlandı. Milli təhlükəsilzik sistemini etibarlı qurmadan digər sahələrdə uğur qazanmaq müşkül məsələdir. Çünki gözəgörünməz cəbhədən alınan qovluqlar saraya daşınınca, qərar qəbul etməyə güclü təsir edə bilir.

Sonrakı addımlar sizə bəllidir. İndi bu ilin son aylarında İlham Əliyevin Bir nömrəli kabinetindən verdiyi sərəncam və fərmanlar böyük orduların əliylə həyat keçirilən dəyişikliklərə bərabər sayıla bilər.

Ölkə rəhbəri oktyabr ayında keçirdiyi müşavirə zamanı və yeni vəzifələrə təyin olunan şəxsləri qəbul edərkən, yaxud vəzifələri başa çatan məmurları mühüm dövlətçilik ənənəsi kimi yola salarkən, təkcə kadr islahatları deyil, bütövlükdə yeni təfəkkür və tələblər çərçivəsində millətin qarşısına çıxmağın yegənə şərt oldugunu hamıya başa salır. Burada müqavimət və itaətsizlik imkanlarının olmadığını söyləmək artıqdır. Amma proses ağrılıdır, çətindir və zaman alacağı da aydındır. Çünki iqtisadiyatın yeni relslərə daşınması və neft resursundan tamam yeni səhələrə keçilməsi ilə yanaşı, bütün hakimiyyətdə ənənəvi yanaşmaları, davranışları bir kənara qoymaq o qədər də asan deyil. Burada inqilab etmək üçün yetkin kadr bazası, təkmil hüquqi sistem, dəqiq instusional yeniliklər etməlisən. Əks halda xoş məramla əl atdığın tədbirlər ünvanına çatmayacaq.

Milli Məclisin sonuncu iclasında diqqətimi çəkən o oldu ki, biz qarşımızda həqiqətən də yeni Kabineti görürük. Hökumət əvvəlki deyil. Lakin biz 2015-ci ildə formalaşan və bir sıra hallarda dövrün tələbləri, ölkə başçısının ortaya qoyduğu əsas vəzifə və öhdəliklərlə  ayaqlaşa və uzlaşa bilməyən Məclisin içərisindəyik. Yəni, yeniləşən hökumətə, hakimiyyətə Milli Məclisin də bu cəhətdən uyğunlaşmasına ciddi ehtiyac var. Buna görə də, prosesi yalnız gəncləşmə kimi daha məhdud bir çərçivədə qiymətləndiməyin tərəfdarı deyiləm. Ona qalsa, fikir köhnəliyi, təfəkkür qocalığı sırf yaş amilindən daha təhlükəlidir. Ona görə də, Prezident ölkəni keyfiyyətcə yeni bir mərhələyə daşımaqdadır. Bir daha bunu Prezidentin Yeni hakimiyyət quruculuğu adlandırmaq daha düzgün siyasi-ideoloji qiymətləndirmə olardı.

Bəli, biz müxtəlif ölkələrdə növbədənkənar seçkilərin şahidiyik. Məsələn, Ukraynanın son 15 illik tarixində 3 dəfə növbədənkənar parlament seçkiləri keçirilib. İspaniyada son 4 ildə 4 dəfə belə cəhdə əl atılıb. Həmçinin qardaş Türkiyənin son 16 illik tarixində 3 dəfə fors-majorluq yaranıb. Ancaq bunlar hər dəfə koalision hökumət dağılanda, yaxud iqtisadi-maliyyə böhranları meydana çıxanda gündəmə gəlib. Hazırkı realllıqda isə biz ölkə başçısı tərəfindən müəyyənləşdirilmiş, dəqiq strategiyaya uyğun olan tədbirləri görməkdəyik. Bu miqyasdakı islahatları dəyərləndirmək üçün vətəndaşlarımızın hamısının daha geniş diskussiyalar, debatlar, söhbətlərlə bu prosesə dəstək verməsi Azərbaycanın 2020-ci il reallığının daha fərqli müstəvidə olmasına şərait yaradacaq.

 

– Bəs, bu proses köhnə kadrların hakimiyyətə qarşı fəaliyyətinə zəmin yarada bilərmi? 2020-ci ildə həm də YAP daxili intriqaları müşahidə edə bilərikmi? YAP-dan incik olanlar və müəyyən imkana sahib olanlar YAP-a qarşı hansısa addımlar atacaqlarmı?

– Siz bir qədər gəncsiniz. 1990-cı illər reallığını xatırlatmaq istəyirəm. O dövrdə Ali Sovet mövcud idi. İttifaq çərçivəsində müxtəlif zümrələrdən təşkil olunan proletariatın hüquq kontorunu indi yada salanlar çox deyil. Xatırladaq ki, Ali Sovetin üzvlərinin sayı 360 nəfərə yaxın idi. Əksər üzvlər hesab edirdilər ki, onlar xalqın iradəsini təmsil edirlər və ittifaq miqyasında da bunların əvəzindən işlər görülür. Bu statik bir idarəçilikdə guya xalq hakimiyyəti sayılırdı. Həmin dövrdə iclasların intensivliyi ildə 2 dəfə toplaşmaqdan ibarət idi. Daha çox işlək qurum olan Aparat Ali Soveti əvəz edirdi. İnzibati qurumda çalışanlar əsas işləri görür, sənədləri hazırlayır, sovet deputatları isə buna əllərini qaldırıb mexaniki olaraq səs verirdilər.

Sonrakı illər, yəni yeni müstəqillik hərəkatı həmin Ali Sovetdən qurtulmağa imkan verdi. Bürokratik çoxluq kənarda qaldı və nəhayət, siyasi məsuliyyətini dərk edən, Azərbaycanın azadlığına töhfə verməyə çalışan 50 nəfərlik bir heyət meydana çıxdı. Lakin onlar da çox qısa zaman ərzində müəyyən fəaliyyətlər həyata keçirsələr də, ilk hüquqi aktları formalaşdırsalar da, yeni Konstitusiyanın qəbulunu həyata keçirə bilmədilər. Eləcə də Mütəllibovdan sonra, Cəbhə hakimiyyəti dövründə demokratik parlamentin formalaşdırılacağı vədi puça çıxarıldı. O vaxtkı Məclis siyasi didişmələrin, qarşıdurmaların, dövlət çevrilişinə cəhdlərin əsas poliqonu oldu. Parlament ölkədə tez-tez baş verən faciə və qətliamların istintaq komissiyalarını yaratmaqla məşğul idi.

Milli Məclisin fəaliyyəti hüquqyaratma, dövlət və millətin əsas çağırışlarından daha çox əməliyyat-axtarış tədbirləri səciyyəsi daşıyırdı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin bütün həyatında siyasi, sosial, iqtisadi sabitliyi ələ almaqla yeni hüquqi fundamenti formalaşdırdı. Bundan sonra da I çağırış Məclisin, xalqın iradəsinə söykənərək formalaşdığının şahidi olduq. Yəni, o dövrdə də YAP-ın təmsilçiləri parlamentdə üstünlük qazanmışdılar. Bu, daha çox Heydər Əliyev xarizması, onun adı və şəxsiyyəti ilə bağlı idi. Əks halda, yalnız fərdi imic və nüfuzla o uğuru əldə etmək mümkün deyildi. YAP-ın lideri kimin tərəfində idisə, seçkilərdə o şəxsin gedib mandat qazanması real idi. O dövrdə xalqdan səs alanların müəyyən bir hissəsi də Heydər Əliyev uğrunda mübarizədə xidmətləri olan isimlər idi: Ziya Bünyadov, Murtuz Ələsgərov, Səfiyar Musayev və başqaları. Hətta 2000-ci ildə də müəyyən xidmət əmsalı nəzərə alınmaqla, dövlət yenə də II çağırış dönəminin Məclisində müxtəlif insanlara yer verdi. Amma cəmiyyətin ayrı-ayrı sahələrindən insanlar da Məclisə gəlmək şansı qazandılar. Azərbaycanın yaxın dövr tarixini araşdırarkən obyektiv şəkildə bunları da qeyd etməliyik. İndiki reallıq isə tamamilə başqadır. Tam açıqlığı ilə bildirirəm ki, 2020-ci ilin seçki mübarizəsində namizədlik marafonuna qatılacaq insanlar ( o qüvvələr ki, hakim təşkilatın və onun liderinin bu və ya digər simpatiyasını və dəstəyini əldə edəcəklər) başa düşməlidir ki, bu, xidmət əmsalından daha çox dövlətin onların üzərinə qoyduğu bir etimad, etibardır. Yəni, artıq Azərbaycanın müəyyən dövr siyasətində yer alan şəxslər kiməsə tələbkar münasibəti göstərə bilməzlər. Minnət qoymaq, ambisiya göstərmək və şərt irəli sürmək mərhələsi arxada qalıb. Əksər adamlara münasibətdə dövlətin verə biləcəyindən daha çox kart-blanş onları öhdəlikli edəcək ki, daha aktiv formada gələcəkdə fəaliyyətlərini həyata keçirsinlər.

 

– Bəs yeni məclisin simaları kimlər olacaq, sizcə?

– Onların adlarından, yaş göstəricilərindən daha çox qabartmalı olduğumuz prinsiplər var. Bu şəxslər millət qarşısında məsuliyyəti dərk etməli, hazırlıqlı olmalı, dövlət quruculuğuna daimi töhfə vermək zərurətini hiss etməli, mediaya açıq olmalı, çalışqan olmalıdır. Həmçinin bu şəxslər idarəetmə etikasını daim üzərlərində saxlamağı bacarmalıdır. Çünki hər hansı bir hərəkət baş verirsə, bütövlükdə fərdi məsələ ümumiləşdirilərək hakimiyyət əleyhinə mübarizənin elementinə çevrilir. Siz də virtual şəbəkələrdə gözdənsalma kampaniyasının geniş tirajlandığını görürsünüz. Bir deputatın sözü ilə hansısa bir qurum yerdən-yerə vurulur. Bu prosesə xarici mərkəzlər, kəşfiyyat qrupları da əl qoyur. Müasir kommunikasiya vasitələri ilə bu işi daha da stimullaşdırırlar. Nəticə isə ondan ibarət olur ki, etimad votumu itirilir. Hakimiyyət qolları içərisində “zəif bənd”ə çevrilən bir təsisat dövlətin də mövqelərini bu və ya digər formada kölgə altına almış olur. Ona görə də, artıq fəaliyyət dövrünə 1 ilə yaxın vaxt qalmış, Məclisin Konstitusiya üzrə müəyyənləşmiş müddəti gözləmədən belə çağırış səsləndirməsi və yeni seçkilərə getmək istəməsi düzgün bir qərardır.

Bu prosesin içərisində yer alan insanlar qəti şəkildə düşünməli deyillər ki, keçmiş dövrdə mövcud olan Məclis dövlətin və xalqın müəyyən gözləntilərini tam doğruldub. Problemləri görmək, qüsurları qəbul və təhlil etmək, bu cür səhvlərə bir daha yol verməmək lazımdır. Növbəti seçkilərdə namizəd olmayan insanlar da qətiyyən küsməməli, inciməməlidir. Onlar hər hansı parçalanmalara, qruplaşmalara yol verməmək mövqeyini tutmalıdırlar. Dünənə qədər dövlət etibar edirdi, bu yaxşı idi, bu gün etibar etmirsə, pisdir?! Mən bu mövqeni qəbul etmirəm. Yaşından, başından asılı olmayaraq, biz hamımız bir addım kənara qoymağı bacarmalıyıq. Azərbaycan əleyhinə gedən müxtəlif çaplı proseslərdə biz siyasi zireh kimi bu qurumun təmsilçilərini qarşıda görməliyik.

 

– Yəni, yeni formalaşdırılacaq parlamentin statusu hansı formada olacaq?

– Məclisin artıq Konstitusiya ilə müəyyənləşdirilmiş səlahiyyətlərini həyata keçirməsi ona imkan verəcək ki, ölkə həyatında dinamik çalışan, gündəlik aparıcı mövzuları, ideyaları analiz etməyi bacaran parlament hakimiyyətini görək.

 

– Bəs məclisə yeni səlahiyyətlərin verilməsi mümkündürmü?

– Dövlət idarəçilik quruluşunda 2016-cı ildə son dəyişikliklər aparılıb. Bu gün Azərbaycanın mərkəzi idarəçilik sistemi güclənib. Mehriban Əliyevanın I vitse-prezident təyin olunması burada həlledici rol oynayıb. Digər tərəfdən, Mehriban Əliyevanın Milli Məclisdən obyektiv səbəblər üzündən getməsi qanunverici orqanın gücünü azaltdı, onun siyasi çəkisinə təsir etdi. Çünki Mehriban Əliyevanın Milli Məclisdə təmsilçiliyi hökumətə təsir, daha canlı müzakirələr və sambal baxımından çox önəmli idi. Hazırkı dövrdə Milli Məclisə dövlətin bu yeniləşmədən irəli gələn yanaşması ondan ibarətdir ki, insanlar bu qurumdan razı olsunlar. Bunun üçün yetərincə imkanlar var. Azərbaycanın parlamentar modelə, proporsional sistemə keçidlə bağlı çağırışlar və s. o qədər də uğurlu yanaşma deyil. Ən əsas məsələ ondan ibarətdir ki, bu seçkilərin təyin olunması cəmiyyəti daha da ümidləndirib, canlanma yaradıb, insanlarda inamı artırıb, islahatların nəticəyönümlü olacağına olan fikirləri daha da möhkəmləndirib. Belə olan təqdirdə ən başlıca məsələ cəmiyyətin bu proseslərə qatqısını təmin etməkdir. Yeni parlament, ictimai-siyasi spektrdəki yaradıcı insanları, düşüncə sahiblərini, uğur qazanmış şəxsləri, məsuliyyətli adamları öz qanadları altına ala bilməlidir. Həqiqətən də 125 adamın hamısını millət tanımalıdır!

 

– Elə olurdu ki, bir gündə Məclis 30-dan çox qanunu ildırım sürəti ilə qəbul edirdi. Parlamentin ictimai rəydə sıxıcı bir imici var idi. Yeni seçkilər aktiv debatlar, diskussiyalar və müxalif fraksiyaların təmsilçiliyini vəd edirmi?

– Öncə onu deyim ki, həqiqətən də qanunverici orqan debatların, diskussiyaların, sərt siyasi savaşların getdiyi yerdir. Dünyanın əksər ölkələrində bu belədir. Hətta bir sıra hallarda emosiyalar o qədər daşıb tökülür ki, biz əlbəyaxa vuruşların da şahidi oluruq. Buna görə də obrazlı şəkildə deyilir ki, parlament – küçə və meydan mübarizələrini sivil şəkildə daha mühüm salonlara daşınması prosesidir. Klassik mənada da bu doğrudur. Qədim Romada Senatın formalaşması dediyiniz prinsiplə baş verirdi.

Debatlardan kənarda Məclis ola bilməz. Parlament sükut yeri deyil. Çünki sənin səssiz qoyduğun tribuna başqa səslər tərəfindən tutulur. Ən başlıca məsələ isə, xaricin və xaric səslərin ölkə daxilində eşidilməsi ona görə artmışdı ki, debatları, informasiya mübadiləsini aparmalı olan qurumlar bir sıra hallarda zamanın tələblərinə cavab vermirdilər. Onların ikinci planda olan fəaliyyəti informasiya vakumunu başqalarının doldurmalarına səbəb olurdu. Əksər hallarda onlar dezinformasiyalarla bunu edirdilər. Ölkə başçısı Bakı Dövlət Universitetinin 100 illiyi ilə bağlı tədbirdə son dərəcə parlaq bir çıxış etdi. O, qeyd etdi ki, hansısa yalan dövriyyəyə çıxarılır, onun ətrafında diskussiyalar təşkil olunur və bundan sonra sanki bu informasiyanın “qanuniləşməsi”, “həqiqətləşməsi” baş verir. Daha sonra  bu cür informasiyalardan az qala dini ayin kimi bəhs etməyə başlayırlar. Halbuki bu yalanın legitim xəbərə çevrilməsi hadisəsidir.

Xatırlatmaq yerinə düşər ki, 1865-ci ildə ABŞ-ın dövlət rəhbərinə qarşı sui-qəsd təşkil edildi. Bu xəbərin Amerika ucqarlarına qədər gedib çıxma müddəti 12 gün çəkdi. Amma indi Donald Tramp Oval kabinetdən kiçik bir tvit yazanda, bunu Azərbaycanın, yaxud Asiyanın əyalətində bir andaca oxumaq mümkün olur. Dünyada informasiyanın sürəti hakimiyyətdən də daha çevik addımlar atmağı tələb edir. Məsələnin ikinci tərəfi, idarəetmədə fərqli düşüncə sahiblərinin təmsil olunmasıdır. Təsadüfi deyil ki, ölkə prezidenti qeyd etdi ki, 90-cı illəri 2020-ci ilə daşımaq istəyən qüvvələrə meydan yoxdur. Biz Tədqiqat Mərkəzi olaraq, Azərbaycan insanından soruşmuşuq ki, “siz hakimiyyətdən kənar bu qüvvələrdən hansının reytinqini necə qiymətləndirirsiniz?”. Aldığımız cavablarda heç bir təhrifə, heç bir dəyişikliyə məruz qalmadan məsuliyyətlə deyirəm ki, Azərbaycan insanı dəyişiklikləri, yeni addımları Azərbaycan prezidentinin liderliyi altında gözləyirlər. Yerdə qalan qüvvələrin nüfuz şkalasında vəziyyəti çox kiçikdir. Buna şübhəsi olanlarla birgə bu cür sorğuları təşkil etməyə hazırıq. Amma bununla bərabər cəmiyyətin müəyyən hissəsində narazı insanlar var. Bu narazılığın əsasında məmur fəaliyyəti, Milli Məclisin üzvlərindən olan gözləntilərin doğrulmaması, məhkəmə sisteminə münasibət  və s. amillər rol oynayıb. Belə olan təqdirdə, biz yaradıcı düşüncəni tanıyan, Azərbaycanın ötən illər ərzində keçdiyi yolu qiymətləndirməyi bacaran, Ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın banisi kimi böyük miqyasda tarixi fəaliyyətinə müsbət mövqeyini göstərən və bu əsaslarla müxalifətçilik mövqeyindən çıxış edən insanları da parlamentdə görməyə hazır olmalıyıq. Bunu edə biləcəyimiz təqdirdə parlament daha çox partiyanın, fərqli düşüncənin, ictimai-siyasi kəsimin palitrasını özündə əks etdirəcəkdir. Onda biz rəngarəng və əksqütblü yanaşmaları izləmək şansı əldə edəcəyik. Bununla media məkanı da monotonluqdan çıxacaq və daha zəngin xəbərlərlə böyük auditoriyaları əldə saxlaya biləcək.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Saakaşvilinin iqamətgahını auksionda satdılar 14 Dekabr 2019, 00:54 Bu il 75 KİV əməkdaşı öldürülüb 14 Dekabr 2019, 00:39 Trampın impiçmentinin 2 maddəsi təsdiqləndi 14 Dekabr 2019, 00:20 Leyla Əliyeva “Study UK Alumni Awards 2019”un qaliblərinin mükafatlandırılmasında - FOTO 14 Dekabr 2019, 00:03 Reyhan Camalovadan daha bir uğur 13 Dekabr 2019, 23:44 Bakıda Finlandiyanın milli bayramı qeyd olundu 13 Dekabr 2019, 23:24 Azərbaycan nefti bahalaşdı 13 Dekabr 2019, 23:08 İsa Qəmbərin oğlu deputatlığa namizədliyi irəli sürdü - FOTO 13 Dekabr 2019, 22:53 TBMM-dən ABŞ Senatının “erməni soyqırımı” qərarına etiraz 13 Dekabr 2019, 22:36 İlyas İsmayılov bağışlamadı: “Mənə desəydi, oğluma xəbərdarlıq edərdim” 13 Dekabr 2019, 22:17 Rusiyada İŞİD üzvləri yaxalandı 13 Dekabr 2019, 22:01 Dilarə Seyidzadə region gəncləri ilə görüşdü - FOTO 13 Dekabr 2019, 21:47 Baş nazir ölkəsini Breksitə hazır olmağa çağırıb 13 Dekabr 2019, 21:33 Prezident İlham Əliyev Boris Consonu təbrik edib 13 Dekabr 2019, 21:18 Türkiyə millisi Azərbaycanla oynayacaq 13 Dekabr 2019, 21:02 170 mindən çox ev işıqsız qaldı - SƏBƏB 13 Dekabr 2019, 20:46 Milliyə yeni baş məşqçi gətirilir - İDDİA 13 Dekabr 2019, 20:32  Gürcüstanın Azərbaycana 6,874 milyon dollar borcu var 13 Dekabr 2019, 20:18 Azərbaycanlı gənc xanım Harvardda təhsil alacaq - FOTO 13 Dekabr 2019, 20:03 Dörd ev və bir çayxanadan oğurluq edən şəxs tutulub 13 Dekabr 2019, 20:01 Ağstafada itkin düşən qızın Gəncəyə qaçırıldığı məlum olub 13 Dekabr 2019, 19:52 Rüstəm Orucov Çində bürünc medal qazandı 13 Dekabr 2019, 19:43 Güləşçimiz erməni rəqibini məğlub edib medal qazandı 13 Dekabr 2019, 19:34 Azərbaycan və Kolumbiya XİN başçıları arasında məktub mübadiləsi olub 13 Dekabr 2019, 19:25 Sədr müavini diplomatlara mühazirə deyib - FOTOLAR 13 Dekabr 2019, 19:16 Rektor qanvermə aksiyasında iştirak etdi - FOTO 13 Dekabr 2019, 19:11 “Ermənistanın Xarici İşlər naziri görüşlərə sanki çay içməyə gəlir” - XİN-dən AÇIQLAMA 13 Dekabr 2019, 19:02 Məhərrəm Quliyev problemlərin araşdırılması ilə bağlı tapşırıqlar verdi - FOTO 13 Dekabr 2019, 18:56 İcra başçısı yeni binanın tikintisi ilə tanış olub - FOTO 13 Dekabr 2019, 18:47 Nazirlik məktəbdə baş verən yanğınla bağlı məlumat yaydı - FOTO   13 Dekabr 2019, 18:40 Rəsmi İrəvanın açıqlamasına Qarabağ İcmasından cavab: Diplomatiyamızın uğurlarını etiraf edirlər 13 Dekabr 2019, 18:36 Nazir müavini məcburi köçkün məktəblərinin direktorlarını topladı - FOTO 13 Dekabr 2019, 18:31 Nazirlik ilə BP Anlaşma Memorandumu imzalayıb 13 Dekabr 2019, 18:24 Əbülfəs Qarayev Almaniyanın Azərbaycandakı səfiri ilə görüşüb 13 Dekabr 2019, 18:17 Azərbaycan Xarici İşlər Nazirliyi: “ABŞ Senatının qətnaməsi qərəzli sənəddir” 13 Dekabr 2019, 18:12