Modern.az

Vətənsiz fahişələr

Vətənsiz fahişələr

13 Mart 2012, 17:20

Və ya ermənilər neftimizdən necə bəhrələnir?

Bu xəbəri eşidəndə dilim qurudu, ayağım yerdən üzüldü. Yeganə ümidim puç oldu. Axı bir vaxtlar biz fəxrlə deyirdik ki, Ermənistən gec-tez təslim olacaq, bütün dünyaya satılan Azərbaycan neftindən bəhrələnmək üçün ermənilər işğal etdikləri torpaqlarımızı geri qaytaracaqlar. Bəs indi nə oldu? Ermənilərin o murdar əlləri bizim neftimizə, qazımıza çatdı, amma hələ də torpaqlarımız azad olunmadı. Bəs bu necə baş verdi? Heç əsəbləşib eləməyin. Bu saat hər şeyi izah edərəm. Mən saydıqca siz barmaqlarınızı qatlayın, axırda hesablayıb görək neçə belə fakt var…

… 1994-cü ildə Bakıda «Əsrin müqaviləsi» imzalananda böyüklərimiz bizə evdə, küçədə məsləhət verib sevinirdilər ki, vəssalam, torpaqlar azad olunacaq. Ermənistan bu layihədən kənarda qaldı, onların nefti, qazı yoxdur, məcbur olub bizə yaltaqlanacaqlar, cəhənnəm olub geri çəkiləcəklər. Amma heç nə olmadı. İran adlanan bir müsəlman ölkəsi erməniləri qanadının altına çəkib qaz da verdi, yanacaq da. Hələ üstəlik, enerji də. Bəs sonra nə oldu? Sonra o oldu ki, biz Astaradan İrana elektrik enerjisi veririk, İran da o tərəfdən Ermənistana ötürür. Kim deyə bilər ki, İrandan Ermənistana verilən elektrik enerjisi bizim deyil?

Bu gün Azərbaycana məxsus SOCAR şirkəti Gürcüstanda onlarla yanacaqdoldurma məntəqəsi açıb. Həmin məntəqələri Azərbaycan yanacağı ilə təmin edən də elə biz özümüzük. Gürcüstanda yaşayan soydaşlarımız deyir ki, hətta İrəvanda, Dağlıq Qarabağın işğal olunmuş ərazilərində yaşayan ermənilər Gürcüstana axışııb öz avtomobillərinə məhz SOCAR-ın benzinindən tökdürürlər. Hətta ermənilər bununla fəxr edirlər ki, «maşınımız azəri benzini ilə işləyir». Gürcüstanda yaşayan ermənilərin əksəriyyəti SOCAR-dan benzin alıb aparıb Ermənistanda Azərbaycan benzini kimi baha qiymətə satır. Çünki biz Bakıda SOCAR-ın benzinin təmizliyinə necə inanırıqsa, ermənilər də eynən bu cür inanır. İndi gördünüzmü ki, Azərbaycan neftindən ermənilər necə bəhrələnir?

Azərbaycanın tikinti şirkətləri Gürcüstanda yol çəkir, binalar tikilir. Sizcə, o yollardan ermənilər keçmir, o binalarda ermənilər yaşamır? Bəs buna nə sözünüz var? Sonra da özümüzə təsəlli vermək üçün deyirik ki, Ermənistan dünyadan təcrid olub, çox pis vəziyyətdədir, nə bilim, daha nələr. Bunun harası təcriddir ki, dünyanın harasına gedirsən, erməni çıxır qarşına?

Türkiyəyə də xeyli neft-qaz satırıq. Elə Türkiyədə də ermənilər neftimizdən və qazımızdan bəhrələnirlər. Çünki qardaş ölkədə minlərlə erməni yaşayır. Üstəlik, bu gün rəsmi səviyyədə olmasa da, Türkiyədən Ermənistana yük təyyarələr uçur. Türkiyənin rəsmi qurumları bunu inkar etsə də, sonradan məlum oldu ki, həmin təyyarələr özəl şirkətlərə məxsusdur. Nə olsun? Sonunda həmin təyyarələr Türkiyədən qalxıb Ermənistanda enir. Buna nə sözünüz var qardaşlar? Bəs o təyyarənin yanacağı haradan alınır? Hələ bu nədir ki? Türkiyədən Ermənistana gündə onlarla TIR (böyük yük maşınları-müəl.) mal daşıyır. Təsadüfi deyil ki, bu gün İrəvanın küçələrini türk malları bəzəyir. İrəvanda BEKO şirkətinin mallarının reklamı ilə bağlı fotolar internetdə də yayılmışdı. Bəs bu nədir abilər? O TIR-lar yanacağı haradan alır?

Türkiyə mətbuatını izləyirik. Tez-tez xəbərlər alırıq ki, «Türkiyədə bir qrup erməni fahişə yaxalandı», «Erməni fahişələr Türkiyədən qovuldu» və s. Bu cür xəbərlərdən aydın olur ki, Türkiyə ilə Ermənistan arasında sərhədlər rəsmi şəkildə bağlı olsa da, heç bir rəsmi münasibət mövcud olmasa da, qeyri-rəsmi şəkildə iqtisadi, sosial və eyni zamanda, tarixən cinsi-istismar əlaqəsi mövcuddur.

Bunları oxuyandan sonra kimsə təəssüflənəcək, kimsə siqaret yandırıb «bu da bizim türk və iranlı qardaşlarımız» deyəcək, kimsə də üzünü mənə tutub, «Türkiyə-Azərbaycan münasibətlərinə ləkə salır» deyəcək. Amma mən dərhal və bəribaşdan cavabımı verirəm ki, əzizlərim, yazdıqlarımın hamısı faktdır. Fakt isə heç vaxt heç bir münasibətə kölgə salmır. Əksinə, aydınlıq gətirir…

P.S. Türkiyədə azərbaycanlı fahişələr də var. Ermənilər isə daha çoxdur. Bizimkilər ermənilərlə əl-ələ verib işləyirlər. Demək ki, azərbaycanlılarla  erməniləri Türkiyədə birləşdirən hansısa bir «dəyər» var. Amma ta qədimdən belə bir söhbət var ki, fahişənin vətəni olmur.

Elməddin Muradlı

Whatsapp
Bizə yazın!
Keçid et
İranın yeni müdafiə naziri də öldürüldü - Gündəm Masada