Modern.az

“Dəyərlərin öyrədilməsinə uyğun tədris proqramları hazırlanmalıdır- Fuat Bakışlı yazır...  

“Dəyərlərin öyrədilməsinə uyğun tədris proqramları hazırlanmalıdır”- Fuat Bakışlı yazır...  

Aktual

9 Dekabr 2019, 14:17

Dəyərlərin öyrədilməsində hədəf nə olmalıdır?

Şagirdlərdə mədəni plüralizm anlayışını formalaşdırmaq.

— Özünü dünya vətəndaşı olaraq görməsini təmin etmək.

— Yaxşı xarakterli fərdlər yetişdirmək.

 — Şagirdin özünü tanımasını və qabiliyyətlərinin fərqinə varmasını təmin etmək.

— Şagirdin qabiliyyətlərini nəzəriyyəyə çevirərək həyata keçirməsini təmin etmək.

— Elmi düzgün istifadə edən liderlərin meydana gəlməsinə töhfə vermək.

 — Əsas insani dəyərləri qazandırmaq və həyata keçirilməsini təmin etmək.

Niyə dəyərlərin öyrədilməsinə ehtiyac hiss edirik?

— Bütün insanlıq üçün qüvvədə olan qlobal dəyərləri şagirdlərimizə mənimsətmək,

 — Cəmiyyətdəki əxlaqi və sosial korlanma nəticəsində itən dəyərlərə sahib çıxılmasını təmin etmək,

— İnformasiya cəmiyyətinin tələbləri istiqamətində özü ilə barışıq, dəyərləri olan, prinsipial fərdlər yetişməsinə kömək etmək,

— Ortaq əxlaq axtarışında, ortaq dəyərlər sisteminin meydana gəlməsinə kömək etmək.

Dəyərlərin öyrədilməsində hansı mövzulara diqqət edilməlidir?

Düzgünlük, məsuliyyət, hörmət, nəfsə hakim olma, özünəinam, dostluq, ədalət, liderlik, tolerantlıq, həssaslıq, xeyriyyəçilik, fərqliliklərə hörmət, müdriklik, barış, estetika və incəsənət, uğur qazanma.

Dəyərli  xarakter  necə formalaşmalıdır?

  1. Qəhrəmanlıq və fədakarlıqları ilə məşhur olmuşşəxslərin fotoşəkillərini dəhliz və otaqlara asın.
  2. Şagirdlər üçün əxlaq və xarakter inkişafı mövzusunda bir proqram başladın.
  3. Cəmiyyətə xidmət məqsədilə müəyyən missiyalar daşıyan qruplar yaradın. 4. Bir uşağın digərləri tərəfindən incidilməsinə mane olun.
  4. İdman və ya incəsənət qabiliyyətləri xaricindəki qabiliyyətləri kəşf etmək üçün proqramlar həyata keçirin.
  5. Tələbə davranışlarını və cəmiyyətə töhfələrini ciddi bir şəkildə ölçüb qiymətləndirin.
  6. Tələbə və onlara rəhbərlik edənlərin həmfikir olduqları qaydalar təsbit edin.
  7. Valideynləri dəvət edib onların inkişaf etmələrini araşdırıb proqramlarda iştirak etmələrinə fürsət tanıyın.
  8. Missiyanızı təyin edərək gözəl bir söz seçib şagirdlərinizlə paylaşın.
  9. Hər ay bir gözəl iş təsbit edib bunun üzərində çalışın.
  10. Özünüzə nümunə götürdüyünüz bir şəxsiyyəti şagirdlərinizə bildirin.
  11. Tarixdəki hadisələri gündəmə gətirib bu hadisələrdə necə davranılması lazım olduğunu müzakirə edin.
  12. Şagirdlərinizdəki yaxşılıq sifətinin, ən az onların akademik müvəffəqiyyətləri qədər əhəmiyyətli olduğunu görmələrinə kömək edin.
  13. Əxlaqla əlaqədar məsələləri ələ alın, yəni gerçəkləri ələ alın, dəlil toplayın, nəticələri təxmin edin və qərar verin.
  14. Tələbələrin cəmiyyətə xidmət etmələri üçün müəyyən bir quruluş daxilində onlara imkanlar yaradın.
  15. Nümunə olun. Məsələn, ortalıqda gördüyünüz bir kağız parçasını alın. Sizdən sonra dərs keçəcək müəllimə hörmət əlaməti olaraq yazı lövhəsini təmiz buraxın.
  16. Müəssisənizdə nə olursa olsun, nəzakətsizliyə fürsət verməyin.

Müəllimlər şagirdlərə  dəyərləri   necə  öyrətməlidir?

İstənən mövzular müəllimlərin vicdanına buraxılmamalı, təlim-təhsil proqramında bu mövzulara yer verilməlidir.

— Müəllim namizədləri dəyərlərin öyrədilməsi mövzusunda məlumatlandırılmalıdır.

 — Hal-hazırda işləyən müəllimlərin dəyərlərin öyrədilməsi ilə bağlı əskiklikləri təhsil müəssisələrinin daxili imkanları ilə, seminarlar vasitəsi ilə aradan qaldırılmalıdır.

— Dəyərlərin öyrədilməsi məktəb-ailə-müəllim əməkdaşlıqları ilə həyata keçirilməlidir.

— Dəyərlərin öyrədilməsi ilə əlaqədar, ailələrə yönəlik kurs, seminar və konfranslar təşkil edilməlidir.

Ölkəmizdə dəyərlər təhsilinin reallaşdırıla bilməsi üçün nə edilməlidir?

Düşünürəm ki,  məktəblərimizdə hansı dəyərlərin veriləcəyi məsələsində geniş ictimai ittifaqın yaranması lazımdır. Dəyərlər təhsilinin ailədə başlayan və fərdin həyatının sonuna qədər davam edən bir proses olmasından ötrü hansı təhsil mərhələsində, hansı sinifdə və nə ölçüdə veriləcəyinin təyin olunmalıdır. Dəyər təhsili yalnız məktəblərdə verilərsə, şagirdlər evdə və məktəbdə qarşılaşdıqları dəyərlər arasında seçim etmək məcburiyyətində qalacaqlar. Bu cür bir problemlə qarşılaşmamaq üçün məktəb ailə birliklərinə böyük məsuliyyət düşür. Buna görə də məktəb-ailə birliklərində, məktəblərdə şagirdlərə aşılanmaq istənilən dəyərlər valideynlərə izah edilməlidir. Hətta dəyər təhsili müddətində s minarlar, panellər, konfrans kimi öyrədici fəaliyyətlərlə ailələrin də iştirakı təmin edilməlidir.Universitetlərin pedaqoji fakültələrində dəyərlər təhsili ilə əlaqədar dərslər verilməlidir.  Ölkəmizin mövcud vəziyyəti nəzərə alınaraq dəyərlər öyrədilməsinə uyğun tədris proqramları hazırlanmalıdır.  Dəyərlərin qiymətləndirilməsində istifadə olunan ölçü vasitələri nəzərdən keçirilməli və çatışmazlıqlar aradan qaldırılmalıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı