Modern.az

Ərdoğan türk ordusunu bu səbəbdən Liviyaya göndərmək İSTƏYİR

Ərdoğan türk ordusunu bu səbəbdən Liviyaya göndərmək İSTƏYİR

16 Dekabr 2019, 16:05

"Türkiyə Liviyaya ordu göndərmək istəyir. Bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son müsahibəsində bildirib. Məsələ burasındadır ki, müxalif general Xəlifə Xaftarın silahlı birlikləri Liviyanın paytaxtı Tripolini ələ keçirməyə çalışır. Tripolidəki hökumət isə Türkiyədən kömək istəyir".

 

Bunu Modern.az-a "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

 

O, Türkiyənin Liviyaya ordu göndərmək istəyinin səbəblərini açıqlayıb:

 

"Aralıq dənizində Türkiyəyə qarşı bir sıra ölkələr biləşiblər. Yunanıstan, Yunan Kipri, Misir və İsrail Aralıq dənizində enerji reruslarının istismarıyla bağlı əməkdaşlıq edirlər. Bu əməkdaşlıq həm də Türkiyənin əleyhinədir. Ərdoğan bunu yeni “Sevr anlaşması” adlandırır. Əgər general Xəftər Liviyanın tamamını ələ keçirsə Liviya da Aralıq dənizindəki anti-Türkiyə blokuna qoşulacaq. Buna görə də Ankara general Xəftərin Tripolini ələ keçirməsinə mane olmaq istəyir".

 

Elxan Şahinoğlu qeyd edib ki, gerenal Xəftəri dəstəkləyənlər arasında Rusiya da var.

 

"Kremlin dəstəklədiyi və rus muzdlulardan formalaşan qeyri-leqal “Vaqner” silahlı birləşməsi Liviyada general Xəftərə dəstək verir. Rusiya Türkiyə ilə müxtəlif məsələlərdə əməkdaşlıq edir, Suriyada birlikdə qayda-qanun yaratmağa çalışırlar. Liviyada Türkiyə və Rusiyanın maraqları tərs düşsə, iki ölkə arasındakı münasibətlərdə çat əmələ gələ bilər. Bu nə Moskvanın, nə də Ankaranın maraqlarına cavab verir.

Rusiya prezidenti Vladimir Putin yanvarın 8-də İstanbulda Ərdoğanla birgə “Türk axını” boru xəttinin açılışında iştirak edəcək. İki lider Liviya mövzusunu da müzakirə edəcəklər. Böyük ehtimalla Rusiya və Türkiyə Suriya məsələsində əməkdaşlıq etdikləri kimi Liviya məsələsində də ortaq məxrəcə gəlməyə çalışacaqlar".

 

T.İSMAYIL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi