Modern.az

Qarabağlı general: “Paşinyanın yanaşması Azərbaycanın dövlət maraqlarına xidmət edir”

Qarabağlı general: “Paşinyanın yanaşması Azərbaycanın dövlət maraqlarına xidmət edir”

16 Dekabr 2019, 16:48

“Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir-birini inkar edən açıqlamalar verir”.

 

Modern.az xəbər verir ki, bu barədə qondarma Dağlıq Qarabağ rejiminin “təhlükəsizlik şurasının keçmiş sədri”, general-mayor Vitali Balasanyan açıqlama verib.

“Qarabağ klanı”nın əsas simalarından biri olan Balasanyan 2020-ci ilin martında Azərbaycanın işğal altındakı torpaqlarında baş tutacaq “prezident seçkil”lərində namizəd olacaq.

 

“Paşinyan gah “Qarabağ danışıqlar prosesində tərəf olmalıdır”, gah da “Qarabağ Ermənistandır və nöqtə” ifadəsinsən istifadə edir. O, yanaşması ilə Azərbaycanın dövlət və milli maraqlarına xidmət edir. Dekabrın 10-da Ermənistan parlamentinin xarici əlaqələr komitəasinin sədr müavini Ovanes İgityanın Azərbaycanın nümayəndə heyətinin tərkibində Qarabağ icmasının nümayəndələrinin olmasına Paşinyanın etiraz etmədiyini xatırladıb”.

 

Balasanyan Qarabağ münaqişəsi ilə bağlı istənilən yanlış addıma minlərə tərəfdarı ilə birlikdə cavab verəcəyini söyləyib.    

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir