Modern.az

Göyçə muxtariyyət istəyəndə, Azərbaycan rəhbərliyi onlara köçmək üçün maşınlar göndərdi - TARİXİ SƏHV

Göyçə muxtariyyət istəyəndə, Azərbaycan rəhbərliyi onlara köçmək üçün maşınlar göndərdi - TARİXİ SƏHV

20 Dekabr 2019, 09:08

Qərbi azərbaycanlılar deportasiya olunmasaydı, Qarabağı işğal edə bilməzdilər

Tarixi Azərbaycan torpaqları olan indiki Ermənistandan sonuncu azərbaycanlının deportasiya edilməsinin 31 ili tamam olur.

31 il öncə 300 mindən çox azərbaycanlı öz dədə-baba torpaqlarından qaçqın edildi və hazırda Qərbi Azərbaycanda bir nəfər də soydaşımız yaşamır.
Azərbaycanın problemləri çox da uzaq görünməyən 1988-ci ildən sonra başladı: Xocalı soyqırımı törədildi, Qarabağ və ətraf rayonlar işğal edildi.

Tarixi faktlar gösrərir ki, 31 il öncə azərbaycanlılar Göyçə mahalında müxtariyyət istəyəndə o zaman Azərbaycan rəhbərliyi onlara ya dəstək verməyib, ya da yük maşınları göndərərək,  soydaşlarımızın öz doğma yurdlarını tərk etmələrinə kömək edib.


Hadisələrin canlı şahidi, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Modern.az-a o günləri çox yaxşı xatırladığını deyir:

“Ona görə yaxşı xatırlayıram ki, göyçəlilər ən çox Gəncə və Göygöldə məskunlaşdılar. Mən həmin bölgədə çalışdığım sahə üzrə kurator idim. Bir neçə kənddən onların ağsaqqalları gəlmişdi. Maraqlıdır ki, oradan gələnlər də “bizə kömək edin, Göyçədə qalaq” demirdilər. Azərbaycana köçmək üçün maşın istəyirdilər. Göyçədən Azərbaycana gələn ağsaqqalları və rayon rəhbərliyindən 4 nəfəri geri göndərdik ki, insanlara desinlər ki, öz evlərini tərk etməsinlər. Amma bizi eşidən olmadı. Təbii ki, biz bunu daha böyük şəkildə etməliydik, Azərbaycan rəhbərliyi səviyyəsində məsələ qaldırmalıydıq. Təəssüf ki, bunlar olmadı. İstər Bağırov, istərsə də Vəzirovun dövründə Azərbaycan rəhbərliyində bu məsələlərə strateji yanaşma yox idi. Strateji yanaşma ordan gələnlərə “Siz yerinizdə möhkəm qalın!” demək idi. Yəni ki, Qarabağ məsələsini adekvat olaraq, Ermənistanda yaşayan azərbaycanlılara çevirmək olardı. Belə edərək ikinici bir Qarabağı onların ərazisində yaratmış olardıq. Görünür ermənuilər bunu bildiyindən azərbaycanlıları qısa zamanda Ermənistandan son nəfərinədək çıxardılar. Bununla bərabər, Göyçədən gələnləri Qarabağ ərazisinə deyil, Gəncə ətrafına yerləşdirdik. Mən bütün bu olanların şahidiyəm, onların köçürülməsində iştirak etmişəm. Edilən səhvlərin acısını yaşayırıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir