Modern.az

“Trampın yenidən prezident seçilmək şansı yüksəkdir” - Deputat

“Trampın yenidən prezident seçilmək şansı yüksəkdir” - Deputat

20 Dekabr 2019, 11:20

ABŞ-da demokratların çoxluğa malik olduğu Konqresin Nümayəndələr Palatasında prezident Donald Trampın impiçment olunmasına səs verilib.


Nümayəndələr Palatası impiçment prosesi çərçivəsində prezident Donald Trampa qarşı iki maddəlik ittiham üzrə müzakirələr keçirib. Müzakirələrin yekununda Nümayəndələr Palatasının üzvləri Donald Trampı vəzifədən sui-istifadə və Konqresin təhqiqatına maneə olmaq maddələri ilə ittiham edərək, onun impiçmentinə səs verib.

Bundan sonrakı prosedurlara görə, Trampın hakimiyyətdən kənarlaşdırılma üzrə impiçment prosesi Konqresin yuxarı palatası olan Senata keçiriləcək. Burada senatorların hakim, Nümayəndələr palatası üzvlərinin isə ittihamçı qismində çıxış edəcəyi məhkəmə prosesi gerçəkləşəcək. Prosesin sonunda keçiriləcək səsvermədə prezidentin vəzifədən kənarlaşdırılması üçün senatorların 2/3 hissəsinin səsi lazımdır.

Hadisənin mətbuatda fərqli təhlillərlə dərc olunması, Amerikanın nüfuzuna zərbə olacağı barədə iddialara da səbəb oldu. Əksəriyyət düşünür ki, qalmaqallı prezident kimi yadda qalan Tramp impiçmentə məruz qalarsa, bu ABŞ-ın imicinə mənfi təsir göstərəcək.

 

Modern.az-a bu barədə danışan beşinci çağırış Milli Məclisin deputatı olan Asim Mollazadə isə fərqli fikirdədir. O, qeyd edib ki, böyük ehtimalla Donald Trampın impiçmenti mümkün olmayacaq:

 

“Nəzərə alsaq ki, senatda çoxluq respublikaçılar partiyasının nümayəndəsidir, prezidentin impiçmentinə səs çoxluğu təmin edilməyə bilər. Hesab edirəm ki, bu, erkən başlayan seçki kampaniyasının təzahürüdür. Donald Trampın prezidentliyi dövründə Amerikanın iqtisadi durumunda yüksəliş baş verdi. Ona görə, Respublikaçıların nümayəndəsinin yenidən prezident seçilmək şansı yüksəkdir. Bu kimi addımlar isə onun seçkilərdə uğur qazanmasına maneə məqsədi daşıyır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı