Arxiv
29 Dekabr 2009, 15:54 | PARLAMENT
“Görəsən, dünya birliyi Güney Azərbaycan türklərinin durumunu niyə görməzlikdən gəlir?”

MİLLƏT VƏKİLİ AYNUR QULİYEVA: “TƏƏSSÜF Kİ, YENİ İLƏ QARABAĞLA DEYİL, QARABAĞ PROBLEMİ İLƏ QƏDƏM QOYDUQ”

- Milli Məclisin hər il olduğu kimi bu il də dünyada yaşayan Azərbaycan türklərinə müraciət ünvanlaması təqdirəlayiq haldır və dünyaya səpələnən 50 milyondan artıq azərbaycanlı arxasında Azərbaycan adlı bir dövlətin dayanmasından və belə bir dövlətin mövcudluğundan qürur duymalıdır. Fürsətdən istifadə edərək, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dünya azərbaycanlılarını və Azərbaycan xalqının böyük lideri, cənab İlham Əliyevi də ürəkdən təbrik edirəm. Eyni zamanda, yuxarıdakı fikrimin davamı olaraq bildirmək istəyirəm ki, dünyada 2500-dən artıq etnos var. Amma onlardan cəmi 200-ə yaxını öz müstəqil dövlətini qura bilib. Azərbaycan xalqı da o xoşbəxt xalqlardandır ki, suveren dövlətə sahibdir və bayrağı bayraqlar arasında dalğalanır. Müstəqilliyimizin yaşı böyük olmasa da, 17-18 il ərzində hesab edirəm ki, çox böyük işlər görülüb, böyük uğurlara nail olunub. Yola salmaqda olduğumuz il ərzində Qarabağ probleminin həlli ilə bağlı böyük gözləntilər və sarsıntılar yaşadıq. Təəssüf ki, yeni ilə Qarabağla deyil, Qarabağ problemi ilə qədəm qoyduq. Bir milyondan artıq qaçqın və məcburi köçgün bu bayramı da öz evində qarşılaya bilmir...

- Sizcə, ümidsizliyə qapılmaq, yoxsa bundan çıxış yolunu axtarmaq daha düzgün olar?

- Sözsüz ki, ümidsiz  deyilik və nə baş verirsə-versin, ümidsizliyə heç cür qapılmaq olmaz. Eyni zamanda qeyd edim ki, bu problemin həlli ilə birbaşa dövlət başçısı, ölkənin Ali Baş Komandanı məşğuldur. Çox qürurvericidir ki, cənab İlham Əliyev var gücü ilə Ermənistanı dəstəkləyən və Azərbaycan tərəfini erməni separatçılarına güzəştə getməyə sövq edən super dövlətlərin və bəzi beynəlxalq təşkilatların qarşısında mətinliklə dayanıb və hər dəfə bəyan edir ki, Qarabağ problemi yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll oluna bilər. Qarabağda baş verənlər beynəlxalq hüququn prinsiplərinə və ATƏT-in əsas sənədi olan Helsinki Yekun Aktı ilə daban-dabana ziddir. Erməni havadarları Qarabağ münaqişəsinin həllində xalqların öz müqəddəratını təyin etməsi variantını qabartsalar da, Azərbaycan rəhbərliyi dönə-dönə bildirir ki, bu problem dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həllini tapmalıdır, başqa variantdan söz gedə bilməz. Mən arzu edirəm ki,  2010-cu il Azərbaycan xalqı və dövləti üçün qələbə ili olsun...

- Ancaq təəssüfləndirici haldır ki, Azərbaycan türklərinin böyük bir hissəsi, yəni, İranda yaşayan Cənubi Azərbaycan türkləri Yeni ili iğtişaşlar içərisində qarşılayır...

- Bu məqam məni də narahat edir və dərindən sarsıdır. Özü də məlumatlara görə, onlarla həmvətənimiz, qan qardaşlarımız öldürülüb, yüzlərlə insan həbsə atılıb. Bilirsiniz ki, 50 milyonluq Azərbaycan türkünün 30 milyona yaxını İranda - Cənubi Azərbaycanda yaşayır. Mən uzun illərdən bəri bütün insani haqları pozulan və bu haqlardan məhrum olan bu insanlara dəstək olmağın zəruriliyini xüsusi vurğulamaq istəyirəm. Niyə insan haqlarını öz dəyərlər sistemində prioritet elan etmiş Qərb və Avropa dövlətləri bu insanları görmür, onların səsini eşitmir? Niyə bir ovuc erməninin separatçılıq əməllərinə, işğalçılıq və təcavüzkarlıq siyasətinə dəstək verən dünya birliyi Azərbaycan türklərinin bu durumunu görməzlikdən gəlir? Niyə Şimali Azərbaycanda iki bloqgerin həbsinə görə bar-bar bağıran beynəlxalq təşkilatlar və hökumətlər Cənubi Azərbaycanda baş verənləri sadəcə, müşahidə edir? Hesab edirəm ki, İrandakı bu qanlı toqquşmaları dayandırmaq üçün dünya dövlətləri və beynəlxalq təşkilatlar  var gücü ilə çalışmalıdır. Və biz də Azərbaycan Respublikası və vətəndaşları olaraq həmvətənlərimizin yanında olduğumuzu bəyan etməliyik. Bu məsələdə hakimiyyətin rəsmi strukturları ilə yanaşı, məncə, siyasi təşkilatlar və insan haqlarını müdafiə edən qeyri-hökumət təşkilatları xüsusilə fəal olmalıdırlar. Dövlətin deyə bilmədiklərini onlar deməlidirlər. Çünki söhbət, bir daha deyirəm, həmvətənlərimizdən gedir. Modern.az

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
ABŞ İŞİD liderlərinə görə 5 milyon dollar mükafat ayırdı 22 Avqust 2019, 00:54 Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO 22 Avqust 2019, 00:38 İranlı gənc Ali Rəhbərlə görüşdə hökuməti tənqid etdi 22 Avqust 2019, 00:17 Bakıda kürəkən qayınanasını döydü 21 Avqust 2019, 23:56 Rusiya, İran və Türkiyə liderləri Ankarada görüşəcək 21 Avqust 2019, 23:39 Qazax sakini restoranda bıçaqlandı 21 Avqust 2019, 23:21 Qurban Qurbanov “Qarabağ”ın sabahkı oyunundan danışdı 21 Avqust 2019, 23:02 Bakının mərkəzini su basdı - SƏBƏB 21 Avqust 2019, 22:43 Oğul pensiya kartına görə atasını çəkiclə öldürdü 21 Avqust 2019, 22:25 Alman alimlərindən yeni kəşf 21 Avqust 2019, 22:09 Prezident Əli Nağıyevin qardaşına general-leytenant rütbəsi verdi 21 Avqust 2019, 22:02 Rəqib "Qarabağ"dan çəkinir 21 Avqust 2019, 21:52 Mingəçevirdə uşaq ölü doğuldu 21 Avqust 2019, 21:34 Babasıgilə qonaq gedən uşaq hamamda boğuldu 21 Avqust 2019, 21:19 Fazil Mustafa Qabil Hüseynlinin müdafiəsinə qalxdı 21 Avqust 2019, 21:02 Almaniyada azərbaycanlı miqrantlarla kütləvi dava: Xüsusi təyinatlılar işə qarışdı 21 Avqust 2019, 20:46 “Müxalifət üçün Vətən, dövlət, xalq, milli-mənəvi dəyərlər yadlaşıb” - Vüqar Rəhimzadə 21 Avqust 2019, 20:33 Bakıda velosiped oğrusu yaxalandı 21 Avqust 2019, 20:18 Qazaxda Rusiya vətəndaşı öldü 21 Avqust 2019, 20:03 Prezident Vergi Məcəlləsində dəyişiklik etdi 21 Avqust 2019, 19:58 Müsabiqənin yazılı imtahan mərhələsi keçirilib - FOTO 21 Avqust 2019, 19:50 İcra başçısı vətəndaşların problemlərin həlli ilə bağlı göstəriş verdi - FOTO 21 Avqust 2019, 19:46 Küçələrin işıqlandırılması "Azərişıq" ASC-nin səlahiyyətində deyil 21 Avqust 2019, 19:42 Bakıda uşağını zəncirlə bağlayan anaya cinayət işi açıldı - RƏSMİ 21 Avqust 2019, 19:33 Paytaxtda avtoxuliqanlıq edən şəxs məsuliyyətə cəlb olunub     21 Avqust 2019, 19:23 Azercell-in Rəqəmsal Dünyası Lənkəranda   21 Avqust 2019, 19:12 Nəticələr açıqlandı 21 Avqust 2019, 19:03 Prezident onları təltif etdi - SİYAHI 21 Avqust 2019, 18:56 Sabir Nağıyevə general-leytenant rütbəsi verildi- Sərəncam 21 Avqust 2019, 18:46 Aktyor Məhərrəm Qurbanov vəfat etdi   21 Avqust 2019, 18:21 AFƏRİN deyirik! Halal olsun SİZlərə!!! 21 Avqust 2019, 18:11 Azərbaycan-Gürcüstan sərhəd məsələləri üzrə komissiyanın növbəti iclası sentyabrda Tbilisidə keçirilə bilər 21 Avqust 2019, 18:00 Daxili işlər nazirindən yol polisinə yeni TƏYİNAT 21 Avqust 2019, 17:53 “Sığortalı gələcək” proqramına start verilib 21 Avqust 2019, 17:47 Şüurlu vətəndaşlığın adi tələbi 21 Avqust 2019, 17:44