Modern.az

"Ənvər Rzanı xatırlarkən" kitabının təqdimat keçirilib - VİDEO

Aktual

25 Dekabr 2019, 14:10

Dekabrın 24-də Azərbaycan Yazıçılar Birliyində "Ənvər Rzanı xatırlarkən" kitabının təqdimat mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, Əli İsmayılovun müəllifi olduğu kitab şairin 80 illik yubileyinə həsr olunub.

 

Ənvər Rzanın həyat və yaradıcılığına yaxından bələd olan müəllif kitabda şairin tərcümeyi-halından, doğulub boya-başa çatdığı ictimai-ədəbi Kəlbəcər mühitindən bəhs edib.

 

Tədbirdə mərhum şairin tələbələri , dostları, tələbəlik yoldaşları Ənvər Rza ilə olan xatirələrindən danışıb, həyat və yaradıcılığından söhbət açıb. Bildirilib ki, Ənvər Rza şairliklə yanaşı, pedaqoji fəaliyyətlə məşğul olub, ingilis poeziyasından Azərbaycan dilinə və əksinə tərcümələr edib.

 

Modern.az təqdimatdan videonu təqdim edir:

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır