Modern.az

Tanınmışlardan təklif: Rəsulzadənin ev muzeyi şəhərin mərkəzində yaradılsın - VİDEO

Tanınmışlardan təklif: Rəsulzadənin ev muzeyi şəhərin mərkəzində yaradılsın - VİDEO

28 Dekabr 2019, 12:42

Dekabrın 27-də Üzeyir Hacıbəyovun ev muzeyində “Borcumuzu qaytaraq. Məhəmməd Əmin Rəsulzadənin ev muzeyi" təşəbbüsü üzrə yaradılan İctimai Qrupun ilk toplantısı keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə ictimai xadimlər, tarixçi alimlər, incəsənət xadimləri və millət vəkilləri iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan Üzeyir Hacıbəyovun ev muzeyinin direktoru, xalq artisti Sərdar Fərəcov məhz bu ünvanın seçilməsinin təsadüfi olmadığını deyib. Bildirib ki, dahi bəstəkar Rəsulzadənin əqidə dostu olub.

 

Tədbirdə təşəbbüsə qoşulmuş fəal elm və mədəniyyət xadimləri təkliflərini səsləndirib.

 

Tarix elmləri doktoru, professor Solmaz Tohidi bu təşəbbüsə dünya ölkələrində yaşayan həmyerlilərimizdən dəstək gəldiyini bildirib. Rəsulzadənin birləşdirici dəyər olduğunu vurğulayan professor onun xatirəsini əbədiləşdirmək məqsədilə diaspor nümayəndələrinin fəallığından məmnun olduğunu söyləyib.

 

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli Rəsulzadənin ev muzeyinin şəhərin mərkəzində - vaxtilə yaşadığı yerdə, Mərkəzi Univermağın yaxınlığında yaradılmasını məqsədəuyğun hesab edir. Rəsulzadənin doğulduğu Novxanı kəndində isə ev muzeyinin filialının ola biləcəyini qeyd edib.

 

Modern.az tədbirdən videonu təqdim edir:

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir