Modern.az

Karatenin seçilmişləri: Ülvi Quliyevlə Füzuli Musayev 8-ci Dan Qara Kəməri necə aldılar?

Karatenin seçilmişləri: Ülvi Quliyevlə Füzuli Musayev 8-ci Dan Qara Kəməri necə aldılar?

Aktual

30 Dekabr 2019, 17:13

Bir neçə gün öncə Dünya  Şotokan Karate Federasiyası Avropa və Dünya çempionlarımız Ülvi Quliyevi və Füzuli Musayevə 8-ci dan Qara Kəmər dərəcəyinə layiq görüb. Onlar bu qara kəmərə karatenin inkişafında xüsusi xidmətlərinə görə layiq görülüblər.

 

Bu barədə Modern.az-a təəssüratlarını bölüşən F. Musayevin sözlərinə görə həmin mükafat 10 illik əziyyətin nəticəsidir:

 

“Ülvi müəllimlə biz 2009-cu ildə 7-ci dan Qara Kəmər almışdıq. 8-ci Dan Qara Kəməri isə ancaq bundan 8 il sonra ala bilərdik. Bunu almaq üçün uzun prosedur lazım olur. Karateyə aid elmi mövzu götürüb, dissertasiya hazırlayırıq. Araşdırmamız ingilis dilinə tərcümə olunub, Dünya Şotokan Karate Federasiyasına göndərilir. 3 il orada müzakirə olunduqdan sonra qiymətləndirilib, bizə Qara Kəmər verilir. Bu elə-belə dərəcə, elə-belə mükafat deyil. Karateyə bağlı olan, həm idmançı, həm məşqçi, həm də rəhbər kimi karateyə fayda verən insanlar bu cür qiymətləndirilir”.

 

Həyatının idmanda - ələlxüsus karatedə olduğunu söyləyən F. Musayev tələbələr, Azərbaycana layiqli idmançılar yetişdirdiyinə görə fəxr hissi keçirdiyini vurğulayıb. O qeyd edib ki, bu sahədə Ülvi Quliyevlə çiyin-çiyinə addımlayıblar:

 

“Həyatımızı bu yolda tapmışıq, bu yolda da qoymuşuq. Dünya Şotokan Karate Federasiyası tərəfindən verilən qiymət bizim üçün çox önəmlidir. Həyatımızın ən vacib məqamlarından biridir ki, bu yaşımızda biz artıq 8-ci dan Qqara Kəmər sahibi ola bilmişik. Hesab edirəm ki,bu,  qiymətli məqamdır. Demək, bizim əməyimiz həddindən artıq çoxdur və bu əziyyətlərimiz yerdə qalmayıb”.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat