Modern.az

BMT Azərbaycanı bu sahələr üzrə regionun lideri elan etdi

BMT Azərbaycanı bu sahələr üzrə regionun lideri elan etdi

17 Yanvar 2020, 11:49

Azərbaycan  BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyası (UNESCAP) rəqəmsal və davamlı ticarətin asanlaşdırılması ilə bağlı qlobal tədqiqatında ilk pillədə yer alıb. Hesabatda göstərilir ki, Azərbaycan bütün göstəricilərə görə dünyada ən öndə gedən ölkələr arasında, Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionlarında isə liderdir.

 

Modern.az-a bu barədə İqtisadi İslahatların Təhlili Mərkəzindən məlumat verilib. Məlumatda qeyd olunur ki, Tədqiqat Ümümdünya Ticarət  Təşkilatının (ÜTT) Ticarətin Asanlaşdırılması Sazişi (TFA) çərçivəsində 7 sahəni əhatə edib: 1. Ticarətin asanlaşdırılması üçün ümumi tədbirlər 2. Sənədsiz ticarət 3. Sərhədsiz sənədsiz ticarət 4. Tranzit asanlaşdırma 5. Ticarət və KOB-ların fəaliyyətinin asanlaşdırılması 6. Ticarətin asanlaşdırılması və kənd təsərrüfatı ticarəti 7. Qadın və ticarətin asanlaşdırılması. Sorğu 7 sahədən 53 tədbir üzrə 8 bölgəni 128 iqtisadiyyatı əhatə edib.

 

Azərbaycan sorğuda 81.72%-lik göstərici ilə Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionlarında Rusiya Federasiyası və Şimali Makedoniya Respublikası ilə birlikdə ilk pillədə yer alıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi