Modern.az

Yalan və iftiralara nifrət edirik

Yalan və iftiralara nifrət edirik

Aktual

28 Yanvar 2020, 12:25

Deputatlığa namizəd Hadi Rəcəblinin seçiciləri Lənkəranda namizəd tərəfindən pul və yağ paylanmasını təkzib ediblər. Onlar  namizədə qarşı yalan və iftiralara nifrət etdiklərini bildiriblər.

 

Seçicilər tərəfindən Modern.az-a daxil olan müraciəti təqdim edirik:

 

"Seçki öncəsi daim siyasi mübarizələr güclənir, debatlar geniş vüsət alır. Lənkəranda 74 saylı seçki dairəsində 11 nəfər deputatlığa namizədin nəzərdə tutulmuş yerdə görüşləri keçirilir, demokratik seçkinin formalaşması üçün əsasən qanunamüvafiq addımlar atılır.

Sevindirici haldır ki, namizədlər arasında siyasi mübarizədə yalana, təhqirə və təhrifə demək olar ki, yol verilmir.

Buna baxmayaraq yalançı, qərəzli və maddi maraqlara söykənən bir sıra saytlar bizim deputatlığa namizədimiz, xalqımızın sevimli oğlu, daim yanımızda olan, qayğılarımızla yaşayan, dövlətçiliyə və əhaliyə bağlı olan Hadi Rəcəbli haqqında yenidən fantastik yalanlarla dolu materiallar işıq üzü görməyə başlayıb.

 

Seçicilər yağ və pul paylanması ilə bağlı gülünc paylaşıma və bunun təhqirlərlə müşahidə olunmasına nifrət hissi ilə yanaşır, belə qurumların cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirlər.

 

Bu günlərdə yenidən Hadi Rəcəblinin guya milyardlarla qiymətlənən utopik mülkləri haqqında yazılar paylaşılır. Biz lənkəranlılar, Hadi Rəcəblini, onun çoxsaylı nəsil-nəcabətini yaxşı tanıyırıq. Bu yalan və iftiraların heç bir əsası yoxdur. Biz Modern.az saytına minnətdarıq. Dəfələrlə bu mövzuda müraciətlərimizi dərc edib. Maraqlıdır ki, yalanlarla dolu materialları bir birinə ötürən və həvəslə dərc edən fitnəkar korrupsioner saytlar nə üçün buradakı təkzibləri öz səhifələrinə çıxarmırlar. Biz bu dəfə o saytların adlarını çəkmirik, amma əmin olun ki, bir birinə məqsədli surətdə yalan ötürən saytlar mütləq cəzalanacaqlar. Biz onlardan əl çəkməyəcəyik.

 

Seçicilərimizin hamısı prezidentimiz İlham Əliyev cənablarına, YAP-a öz dərin minnətdarlığımızı bildiririk. Onlar torpağımızın ləyaqətli oğlu, vətənpərvər, xalqa bağlı Hadı Rəcəblinin namizədliyini yenidən irəli sürüblər. Biz bu gün birmənalı elan edirik. Ay yalançı, qərəzli, məqsədli saytlar, siz nə edirsinizsə edin, biz Hadi Rəcəblini seçəcəyik, biz ona inanırıq və o, bizi həmişə olduğu kimi parlamentdə yenə də ləyaqətlə təmsil edəcəkdir".

 

Sərhad Məmmədov - rayon ağsaqqallar şurasının sədr müavini,

İltifat Əhmədov - əməkdar jurnalist,

Etibar Əhədov - yazıçı publisist,

Şahrza Dövlətov - əməkdar aqronom,

daha 25 nəfər imza.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı