Modern.az

““3D” verilişində bunun izini-tozunu görmürük” - Ekspertdən TƏNQİD

““3D” verilişində bunun izini-tozunu görmürük” - Ekspertdən TƏNQİD

Media

29 Yanvar 2020, 09:36

 

Cəmiyyətdə baş verən bütün pozitiv və neqativ məsələlər televiziya kanallarında işıqlandırılmalıdır. Lakin çox təəssüf ki, hazırda telekanalların əksəriyyəti əsasən şou, əyləncə xarakterli verilişlərə üstünlük verir.

 

Maraqlıdır, televiziya kanalları hansı yöndə verilişlər hazırlamalıdır? Tamaşaçı zövqü əsas götürülməlidir, ya televiziyanın şəxsi maraqları?

 

Məsələ ilə bağlı Modern.az-a danışan tanınmış media eksperti, BDU-nun TV və radio jurnalistikası kafedrasının baş müəllimi Zeynal Məmmədli deyir ki, televiziya kanallarında yayımlanan verilişlər onların proqram siyasətinə uyğun olaraq dəyərləndirilməlidir:

 

“Özəl kanallarla müstəqil və ya dövlət kanallarında yayımlanan verilişlər mahiyyət baxımından bir-birindən fərqlənməlidir. Məsələn, “ARB 24” iqtisadiyyat xəbərləri verdiyi halda “ARB TV” universal fəaliyyət göstərir. Televiziyalar ilk növbədə öz aralarında auditoriyasını müəyyənləşdirib, bölüşdürməlidir. Yəni, kanallar nəzərə almaldır ki, yayımlanan verlişlərdə hər yaş təbəqəsi, müxtəlif maraqlar nəzərə alınmaldır. Məsələn, ölkədə 600 min əlil var, baxaq görək onların maraqlarını nəzərə alan hər hansısa veriliş yayımlanırmı? 600 min az rəqəm deyil. Bu, ölkə əhalisinin 6 faizini təşkil edir. Bundan başqa insanlar arasında sosial sorğular aparılmalı, elmi əsaslandırılmış şəkildə verilişlər yayımlanmalıdır. Yəni, yayımlanan verilişlər fərdi fikirlərə uyğun tərtib edilib, yayımlanmamalıdır”.

 

Z.Məmmədli ən çox tələbat olan verilişlərin təhsil, səhiyyə, təhlükəsizlik, uşaqların sağlamlıq məsələləri ilə bağlı olduğunu bildirib:

 

“İnsanların cəmiyyətə qarışması, bütövləşməsi üçün olan verilişlər hazırlanmalıdır. İndi kanalların formatına uyğun verilişlər görmürük. Məsələn, mən İctimai Televiziyada ictimai formatda verilişə rast gəlmirəm. Bu kanalda  “3D” verilişi yayımlanır ki, həmin veriliş də ictimai mesaja köklənməlidir. Yəni “3D” verilişi bilgiləndirməlidir, əyləndirməli deyil. Lakin bu veriliş hər iki anlayışın arasında qalıb. Mən bilgiləndirmək deyəndə, sosial bilgiləndirməni nəzərdə tuturam. Yəni, vətəndaşın aktual problemi işıqlandırılmalıdır. Məsələn, bir təqaüdçünün evinə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirini gətirib, onu sadə vətəndaşın problemi ilə tanış etmək özü ictimai formata nümunədir. Lakin biz “3D” verilişində bunun izini-tozunu görmürük. Özəl kanallar isə seqmentlərə köklənməli, daimi auditoriyasını müəyyənləşdirməlidir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?