Modern.az

İki həftə əvvəl maşınla vurulan piyada öldü

İki həftə əvvəl maşınla vurulan piyada öldü

Aktual

17 Oktyabr 2025, 09:04

İki həftə əvvəl maşınla vurulan piyada ölüb.

Modern.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.

Belə ki, 1964-cü il təvəllüdlü Mirhətəm Seyidov idarə etdiyi “Mercedes 208D” markalı avtomobillə hərəkətdə olarkən piyada, 1949-cu il təvəllüdlü Şirvan Ağayevi vurub.

Piyada xəstəxanaya çatdırılsa da, o, hadisədən iki həftə sonra müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Moskvada DƏHŞƏTLİ OLAY - Yüzlərlə şəxs təxliyə edildi