Modern.az

XXI əsrin virus bəlası – VİDEO

XXI əsrin virus bəlası – VİDEO

30 Yanvar 2020, 10:46

2019-ci ilin dekabrında Çində aşkarlanan yeni koronavirusu sürətlə dünyada yayılmaqda davam edir. Ölü sayının 130-a, yoluxanların sayının təxminən 5900-ə çatdığı virus dünya ölkələrində də aşkarlanıb.

 

Belə ki, Çinlə yanaşı, Sinqapur, Vyetnam, Cənubi Koreya, Malaziya, ABŞ, Yaponiya da xəstəliyin qeydə alındığı ölkələr sırasındadır. Çin hökuməti virusa yoluxmuş insanlar üçün epidemiyanın mərkəzi sayılan Yuhan şəhərində 6 gün ərzində 2 xəstəxananın tikilməsini tapşırıb. Bu, Çin üçün heç də təəccüblü rəqəm deyil, çünki 2003-cü ildə SARS virusu ilə əlaqədar Pekində 7 günə xəstəxana tikilib.

 

XXI əsrdə dünyanın fərqli məkanlarında yeni epidemiya ocaqları, virus növləri üzə çıxır. Modern.az dünyanı qorxuya salan həmin epidemiyaları təqdim edir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?