Modern.az

Yasamallıların seçimi - Ülvi Quliyev

Yasamallıların seçimi - Ülvi Quliyev

4 Fevral 2020, 15:36

15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizəd Ülvi Quliyev Şərifzadə küçəsində seçicilərlə görüşüb. İzdihamlı keçən görüşdə Yasamal rayon Ağsaqqalar Şurasının sədri Cavanşir Qurbanov, rayon ağsaqqalları, ziyalılar, şəhid ailələri, idman ictimaiyyətinin nümayəndələri ,həmçinin, gənc seçicilər iştirak ediblər.

 

Modern.az xəbər verir ki, görüşdə çıxış edən xalq artisti Nurəddin Mehdixanlı Ülvi Quliyevin insani keyfiyyətlərindən, onun  sağlam gənclərin yetişməsindəki rolundan bəhs edib. Professor, kulturoloq Fuad Məmmədov isə Ülvi Quliyevin intellektual baxışından,gənc nəslə dəstəyindən danışıb.

 

Seçicilər qarşısında hesabat xarakterli çıxış edən Ülvi Quliyev Parlamentdəki fəaliyyəti müddətində   qanunvericilik və təmsilçiliklə bağlı gördüyü işlər haqqında məlumat verib. O vurğulayıb ki,istər gənclərə,istərsə də yaşlı nəslə diqqət və qayğısını əsirgəmir. Onların problemlərinin həllinə biganə qalmayaraq səlahiyyəti çərçivəsində həllinə çalışır. Növbəti beş ildə də Yasamal seçicilərinin inamını qazanacağı təqdirdə parlamentdə Vətənini,millətini,seçicilərini layiqincə təmsil edəcəyini diqqətə çatdırıb.

 

Görüşdə çıxış edən gənc seçici Ülviyyə Əliyeva Ülvi Quliyevin ölkə prezidenti İlham Əliyevin apardığı uğurlu gənclər siyasətinə yüksək şəkildə öz töhfəsini verdiyini, gənclərin hamisi olduğunu deyib. Şəhid ailəsi Gülnaz Namazova Ülvi Quliyevin hər zaman onların sosial şəraiti ilə maraqlandığını,ən həssas məqamlarda yanlarında olduğunu, onların haqq səsini müvafiq orqanlara çatdırdığını söyləyib.

 

İdmançılar adından çıxış edən tanınmış simalar isə Ülvi Quliyevin bir idmançı,savadlı insan kimi Milli Məclisdə məhz idman ictimaiyyətini təmsil etməsindən qürur hissi duyduqlarını,bu seçkidə də ona səslərini verəcəklərini söyləyiblər.

 

Sonda seçicilər yekdilliklə səslərini məhz alternativsiz namizədə - Ülvi Quliyevə verəcəklərini bəyan ediblər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir