Modern.az

Abay Kunanbayevin “Qara söz”ü Modern.az-da - On dördüncü söz

Abay Kunanbayevin “Qara söz”ü Modern.az-da - On dördüncü söz

5 Fevral 2020, 14:18

Modern.az saytı qazax xalqının görkəmli ədəbiyyatçısı və mütəfəkkiri Abay Kunanbayevin 175 illiyi münasibəti ilə onun qələmə aldığı “Qara Söz”ü təqdim edir.

 

On dördüncü söz

 

Həyatda yaşayan insanın ürəkdən dəyərli nəyi var? Bizim qazaxlar  ürəkli kişiləri “batır”adlandırırlar. Belə deyəndə, ürək sahibinin başqa xüsusiyyətlərini hesaba almırlar. Mərhəmətli və rəhmdil, hər bir işdə öz qohumun kimi irəli durub  yardım edən, özünə rəva gördüyünü, layiq bildiyini yanındakılara da rəva görəndirsə, demək bu ürəkli adamın  işidir. Demək könül adamıdır.  Aşiqlik də ürək işidir. Dil ürəyin aynasıdır,- sözü yalan deyil. Əməlin dilinə uysa, demək ürəyin ümidlu olacaq. Əslində qazaxların ürəkli kişisini heç bir sözlə öymək mümkün deyil. Çünki onun qeyrəti qarşısında söz də acizdir. Məsləhətlə deyilənə əməl edən, sözünün üstündə duran, yamanlıq etməkdən çəkinən,  it kimi hər karvanın arxasınca düşüb getməyən, yolunu azmış kütlədən ayrılmağı bacaran,  həqqiqəti və və ağıla sığan bir şeyi məcburən də olsa qəbul edən, haqsız və ağıla uyğun olmayan işi isə heç vəchlə qəbul etməyən bir igiddir ürəkli kişi. Əgər cəngavərlik budursa, qazaxların dediyi kimi belə cəngavər qurd ürəklidir.

 

Qazax da adam  balasıdır, bəzi adamlar ağılsızlıqdandeyil,  ürəklərində cəsarətləri, qeyrət və sədaqətləri olmadığında yolunu azırlar. Buna görə də özlərindən ağıllının məsləhətini və yolunu saymırlar.  Onların arasında olan bilikli adamdan öyrənməyə də tənbəllikləri mane olur,  daxili azadlıqları olmadığından    bu biliklərə də yiyələnməyə tənbəllik edirlər. Bir dəfə yolunu azan, çaşan qazax  , artıq  doğru yola qayıtmaq üçün özündə güc tapmır.  Cəsarətli igid , çevik igid saydıqlarımız da, bir də görürsən ki, bir gün bir-birinin ayağının altını qazır, rəqibini harada batırmaq, necə aldada biləcəyi haqqında düşünür, ya da ki,  bir –birini bəlaya salmaq üçün “ irəli get” deyib qışqırdır, sonunda düşdüyü uçurumdan da xilas etmirlər.

 

Əgər insan utanmadan  ancaq  yaman hərəkətlər edirsə,  arsızdırsa,  əgər bir dəfə etdiyi əməllərdən çəkinib, özünə hesabat vermirsə, Allahın qarşısında günahlarndan təmizlənmək istəmirsə, belə adamı necə ola bilər ki, cəngavər, igid adlandırasan? Belə birisinin adamlıqdan xəbəri olarmı?


1893.

 

Tərcümə etdi: Aida Eyvazlı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı