Modern.az

Trampın qardaşı qızı: Donald rejimi dəyişəcək - İranda yox, Amerikada”

Trampın qardaşı qızı: Donald rejimi dəyişəcək - İranda yox, Amerikada”

Dünya

31 Mart 2026, 15:47

“Donald Tramp yenə də rejim dəyişikliyinə nail olmağa müvəffəq olacaq – ancaq İranda deyil, Amerikada”.

Modern.az xəbər verir ki, bunu ABŞ prezidentinin qardaşı qızı Meri Tramp yazıb.

"Krallar yoxdur", - o əlavə edib.

Xatırladaq ki, bu yaxınlarda milyonlarla insan ABŞ prezidentinin siyasətinə, o cümlədən İrana qarşı siyasətinə etiraz edib. Mitinqin şüarı "Krallar yoxdur" idi.

Trampın qardaşı qızı Meri Tramp bir neçə il öncə ailə daxilində məişət zorakılığından bəhs edən kitab yazmışdı. İxtisasca klinik psixoloq olan Meri Tramp iddia edib ki, babası – yəni Donald Trampın atası Fred Tramp çox qəddar olub və sosiopatiyadan əziyyət çəkirmiş.

Donald Tramp isə mətbuata açıqlamasında atasını heç nəyə görə günahlandırmayıb. Ağ Evin rəhbəri bildirib ki, onun valideyni “güclü, lakin yaxşı insan idi”.

"Bəli, mənə qarşı qəddar idi, ailədəki bütün uşaqlara qarşı qəddar idi. Amma sözün yaxşı mənasında qəddar idi", - ABŞ prezidenti qardaşı qıznının iddialarını şərh edərkən deyib.

Trampın sözlərinə görə, qardaşı qızı onun gözəl valideynləri haqqında yalan danışır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi - Gündəm Masada - Media Turk TV