Modern.az

Fevralda dəm qazı zəhərlənməsindən 248 müraciət - XƏSTƏXANADA ÖLƏN DƏ OLUB

Fevralda dəm qazı zəhərlənməsindən 248 müraciət - XƏSTƏXANADA ÖLƏN DƏ OLUB

17 Fevral 2020, 11:57

Fevral ayında ümumi olaraq dəm qazı zəhərlənməsilə bağlı 248 müraciət olub.

 

Bunu Modern.az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirib.

 

O, qeyd edib ki, müraciətlərdən 200-ü məsləhət xarakterli olub:

 

“48 nəfər xəstəxanaya yerləşdirilib. Dəm qazı zəhərlənməsilə xəstəxanaya yerləşdirilənlərdən 8 nəfəri uşaq olub”.

 

Baş toksikoloq deyib ki, fevral ayında 1 nəfər qadın dəm qazı zəhərlənməsindən dünyasını dəyişib:

 

“Çox kəskin, ağır vəziyyətdə gətirilib, yarım saatın içərisində dünyasını dəyişib. Elə bir vəziyyətdə idi ki, müdaxilə etmək mümkün olmadı”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir