Modern.az

Sarayevoda Xocalı qurbanlarının xatirəsi anılıb - FOTO

Sarayevoda Xocalı qurbanlarının xatirəsi anılıb - FOTO

22 Fevral 2020, 10:36

Yaxın tariximizin üz qarası olan Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Serbiyadakı, Bosniya və Hersoqovia Səfirliyinin təşkilatçılığı ilə Sarayevo şəhərinin müxtəlif təhsil və tədris ocaqlarında Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi məqsədi ilə silsilə tədbirlər keçirilir. 

 

Modern.az xəbər verir ki, fevralın 21-də Sarayevo şəhərinin ictimaiyyəti,  burada təhsil alan azərbaycanlı tələbələr, diplomatik korpusun əməkdaşları Türk Diasporunun üzvləri, Sarayevo şəhər bələdiyyəsinin sədri və üzvləri  şəhərin Dobrınya çayı sahilində Azərbaycan-Bosniya və Hersoqovinyanın Dostluq parkında Müharibə Qurbanlarını özündə əks etdirən “İki dərdli ana” abidə kompleksinin  önünə gələrək gül və əklil dəstələri qoydular. Xocalı və Srebrenitsa analarının dərdini əks etdirən kompleksin önündə müharinbə qurbanlarının ruhuna dua oxundu.

  

Dostluq parkında ucaldılan  abidə kompleksinin müəllifi , azərbaycanlı heykəltəraş Natiq Əliyevdir. Başlarına qara örpək örtmüş iki dərdli ana söhbət edir. Onlar həm də türk dünyasının abırlı-ismətli qadınlarının rəmzi olaraq, baş verniş cinayətin ağırlığından başlarını aşağı dikiblər. Abidə kompleksi bütöv bir dərd  hekayəsidir. Qara rəngli, dərdli və heç zaman unudulmayacaq hekayə.

 

Tədbirin rəsmi hissəsi  Beynəlxalq Sarayevo Universitetində davam etdirildi. Anım tədbirində   Bosniya Hersoqovinada fəaliyyət göstərən Ukrayna, İran , Türkiyə, Pakistan , Misir və Səudiyyə Ərəbistanının  diplomatik korpuslarının nümayəndələri və səfirləri, eləcə də ölkə Parlamentinin nümayəndələri, Xarici İşlər Nazirliyinin  əməkdaşları və Bosniya-Hersoqovina Rəyasət Heyətinin müşaviri, Bosnya-Azərbaycan Dostluq qrupunun sədri, Bosniya və Herseqovinanın elmi ictimaiyyətinin görkəmli nümayəndələrini özündə birləşdirən “Krug 99” Müstəqil İntellektuallar Assosiasiyasının üzvləri, Srebrenitsa Anaları təşkilatının üzvləri və sədri Munira Subasiç,  Sarayevo Beynəlxalq Universitetinin müəllim və tələbə heyəti Xocalı qətliamından bəhs edən, xarici və yerli jurnalistlərin çəkdikləri fotolardan ibarət sərgini ürək ağrısı ilə seyr etdilər. 

 

Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, Sarayevo Beynəlxalq Universitetin rektoru professor Ahmed Yıldırım  erməni silahlı dəstələrinin və 366-cı motoatıcı rus alayının şəxsi heyəti də daxil olmaqla 1992-ci ilin fevralında Xocalı şəhərində törətdikləri cinayəti  vandalizm adlandırdı. Xocalı soyqırımı haqqında hələ bundan sonra da dünyanın bütün tərdris ocaqlarında dərslər keçirilməsinin vacibliyini vurğuladı. XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı dünya tarixində yaddaşlardan heç vaxt silinməyən Xatın, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli faciələrdən heç də geri qalmadığını dedi. Və  sözü Azərbaycan Respublikasının Serbiya Respublikasında, Bosniya və Hersoqovina və Monteneqrodakı Fövqəladə və Səlahiyyətli səfiri Eldar Həsənova verdi. Azərbaycan diplomatı 26 fevral gününü Azərbaycan tarixində qanlı bir səhifə adlandırdı. 6 aylıq, və ya 5 yaşlı uşaqların öldürülməsini insanlığın ən dəhşətli cinayəti olduğunu , Xocalı qətliamına rəhbərlik etmiş bir cinayətkarın sonradan Ermənistanın prezidenti  seçilməsini beynəlxalq hüquqa zidd bir hərəkət kimi pislədi. Rəhbərlik etdiyi cinayətə haqq qazandıran ermənistan prezidentinin Avropa mediasına verdiyi müsaibələrindən birində “Azərbaycan xalqı və dövləti belə düşünürdü ki, bizim birgə yaşamağımız mümkün deyil, elə bilirdilər ki, biz dinc sakinlərə əl qaldırmarıq, biz isə gücümüzü onlara göstərdik” – dediyini xatırladı. Azərbaycan Respublikasının səfiri Eldar Həsənov Bosniya və Herseqovina Parlamentinin Xalqlar Palatası tərəfindən 2013-cü il fevralın 26-da - Xocalı soyqırımının törədildiyi gün “Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması” adlı qətnamənin qəbul olunmasını minnətdarlıqla xatırladı. Və bilidirdi ki, bu gün  Xocalı qurbanlarının yad edildiyi tədbirdə Srebrenitsa anaları ictimai birliyinin anaları da iştirak edir. “Srebrenitsa mənim qəlbimin bir parçasıdır . Çünki bizim acımız və dərdimiz eynidir. Biz Bosniya Hersoqovinyada sabitliyin tərədarıyıq. Türkiyə səfiri cənab Haldun Koçla hər görüşümüzdə Srebrenitsa insanlarının durumunu müzakirə edirik.”- deyən səfir, daha sonra qeyd etdi ki, bu gün Beynəlxalq Universitetdə Sarayevanın adlı-sanlı insanlarını dəvət etməkdə məqsədi həm də Xocalı hadisələrini gözü ilə görmüş Xocalılı ana , yazar Səriyyə Müslümqızının “Onlar heç vaxt böyüməyəcəklər” kitabının təqdimatıdır.  

 

Bosniya və Herseqovinanın elmi ictimaiyyətinin görkəmli nümayəndələrini özündə birləşdirən “Krug 99” Müstəqil İntellektuallar Assosiasiyasının üzvü, professor Sabahudin Hadjialiç və  hüquq elmləri doktoru Edin Halapiç Səriyyə Müslümqızının  Xocalıda qətlə yetirilən 63 uşağın acı taleyindən bəhs edən kitabın məziyyətlərindən ,böyük ağrı və dərdlə qələmə alınan hekayətlərdəki insanların acı taleyindən danışdılar. Kitabda yığılan hekayətlərin hər birinin Xocalı soyqırımının tanınması üçün əsas olduğunu dedilər.  Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətlərinin Cenevrə konvensiyasına, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin 1948-ci ildə qəbul olunmuş maddələrinə zidd olduğunu xatırladılar. 

 

 “Onlar heç vaxt böyüməyəcəklər”  kitabının müəllifi Səriyyə Müslümqızı  öz çıxışını belə başladı: “Mən tarixin ən unsafsız və dəhşətli bir gecəsi olan Xocalını yaşadım. O gecə mən doğmalarımı , əzizlərimi itirdim. Onlar mənim gözlərimin qarşısında, gülləbaran  edildilər, qanlarına qəltan oldular. Mən o gecə gözümün ağı-qarası anamı itirdim, üç qardaşımı itirdim. İnamımı , ümidimi iitirmədim. Bu gün burada olmağımın əsas səbəbi odur ki, burada Srebrenitsa anaları var. Biz onlarla  kədərimiz eynidir, eyni dərdi bölüşürük. Dərdə boyun əymirik. Və dünyanı səsləyirik. Mənim tarixin yaxasından yapışıb ona suallar verməyə gücüm çatmaz, mənim gücüm bəsdirin, ey insanlar, bəsdirin töküldü qan ”-deyə hayqırmağa gücüm çatar”.

 

Sonda Sürəyya Müslimqızını qızı Leyla  Əlizadə Xocalıda tədbir iştirakçılarına müraciət eədərk dünyanı bu qətliam qarşısında susmamağa, onu ata-babasının, doğmalarının yurdu olan Xocalıya qayıtmağa yardıma səslədi. “Mən Vətənim Xocalını istəyirəm, məni oraya aparın”- dedi.

 

Xocalı qurbanlarının xatirəsinin 28 illiyinə həsr olunmuş tədbirlər Bosniya Hersoqovinanın kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır