Modern.az

Sevinc Fətəliyevanın lider olduğu dairədən daha bir şikayətə BAXILDI

Sevinc Fətəliyevanın lider olduğu dairədən daha bir şikayətə BAXILDI

22 Fevral 2020, 17:02

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 30 saylı Suraxanı Birinci Seçki Dairəsi üzrə bir neçə namizədin müraciəti müzakirəyə çıxarılıb.

 


Modern.az xəbər verir ki, müraciət barəsində MSK üzvü İlham Məmmədov məlumat verib. Onun sözlərinə görə şikayətdə qeyd olunub ki, həmin dairə üzrə seçkinin nəticələri etibarsız sayılmalıdır.

 


MSK üzvü araşdırma zamanı müraciətdə göstərilən hüquq pozuntularının öz təsdiqini tapmadığını bəyan edib.
MSK-nın ekspert qrupunun rəyi ilə qərara alınıb ki, namizədlərin müraciəti təmin edilməsin.

Beləliklə Dairə Seçki Komissiyasının qərarı qüvvədə saxlanılıb. 

 

Qeyd edək ki, həmin dairədə lider namizəd Sevinc Fətəliyevadır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI