Modern.az

Şənbə etüdləri – Şöhrət Eyvazov yazır

Şənbə etüdləri – Şöhrət Eyvazov yazır

Aktual

22 Fevral 2020, 17:24

“ivanyan” yox, “XOCALI”!

 

“Vətəndə sənin keçmişin və gələcəyin var, yad ölkədə isə yalnız indiki zaman mövcuddur”  Lyudvik Qirişfeld

 

Xocalının “təzə” adının “ivanyan” (bilərəkdən kiçik hərflə yazıram ilk hərfini – hələ ki, gücüm və etirazım buna çatır) olduğunu və bunun Qarabağın işğalına gəlmiş, burada artelleriya təlim mərkəzi yaratmış 72 yaşlı daşnak erməni generalın familyasından götürüldüyünü bilirsiniz.  100 il bundan əvvəl “Artilleriyanın Allahı” kimi tanınan general Əliağa Şıxlınskinin da ruhuna narahatçılıq gətirdi   daşnaklaırn  elədikləri...

 

Bu bir həqiqətdir, ermənilər işğal etdikləri ərazilərdə tək Xocalının adını dəyişməyiblər. Artıq 120-dən çox toponim erməniləşdirilib. Ağdam-Akn, Laçın-Berdzor, Füzuli-Varanda, Zəngilan-Kovsakan, Qubadlı-Sanasar, Kəlbəcər-Karvacar, Cəbrayıl-Crakan edilib.

 

Necə deyərlər, “Dərə xəlvət,  tülkü bəy”.

 

Deyilən bir yana, görsənən budur  ki, “donuz” hələ də “darıdan” çıxmır.

 

Xocalı isə bir ilğıma dönüb neçə illərdi. Bu ilğıma baxmamaq üçün gözlərimizi  getdikcə daha bərk yumuruq.

 

Uşaqkən Zibeydə nənəm ara-sıra 1905-ci ildə baş verən “erməni-müsəlman” qırğınından danışardı. Qərbi Azərbaycanın hər yerində, o cümlədən ata yurdum Dərələyəzdə, Sallıda ermənilərin hiylə qarışıq qəddarlıqla soydaşlarımızı məscidə yığıb yandırdıqlarını, bellərinə samovar bağladıqlarını da ondan eşitmişdim. Məktəbdə isə “xalqlar dostluğu”  təbliğatı gedirdi və tərəzinin bu gözü evdə eşitdiklərimizdən ağır gəlirdi. Amma ermənilər evdə, məktəbdə, kilsədə, toyda, yasda yalnız daşnak ideolgiyasını yaymaqla məşğul idilər.

 

1985-ci ildə Sisyanda (Qarakilsədə) qohumlarımla  gəzməyə çıxmışdıq. Kəndlərdən fərqli olaraq rayon mərkəzində əhalinin əksər hissəsi ermənilər idi. Bir qoç heykəli gördüm. Maraqla bu haqda nəsə soruşdum – xalam oğlu  “bir az yavaş danış” –dedi: “Türk olduğumuzu bilsələr, emənilər dalaşar bizimlə”. Həm türk olduğumuzu ilk dəfə eşitdiyimə, həm də ermənilərin bizə qarşı düşmənçilklərinin 1905-ci ildə qalmadığına görə təəcübləndim. Hər ilin 24 aprelində onların daha qəddar olduqlarını, öldürməyə azərbaycanlı və bəhanə axtardıqlarını da o vaxt  öyrəndim.

 

Erməni dığaları isə nəinki Xankəndində, ta Bakının ortasında sərbəst öz dilində danışa bilirdilər.

 

“Xocalıya qədər elə bilrdilər ki, biz mülki əhaliyə toxunmarıq. Xoclıda biz bu mifi dağıtdıq” -  Bunu soyqrımın təşkilatçılarından olan  Serj Sərkisyan deyib. Qatil olsa da, düz deyir. Unutmuşduq erməni qəddarlığını. Unutdurmuşdular, biz də unutmağa meyilliyik axı.

 

2016-cı ilin aprelində Xocalının azca alınmış qisası haqqında təfərrüatı ilə yazmaq istəmirəm müəyyən səbəblərə görə. Aprel döyüşlərində azad edilmiş torpaqlarımızda olanları, məğlubiyyətlərini, itkilərini ermənilər etiraf eləmədilər. İnformasiya müharibəsinin, psixolji qarşıdurmanın qanunlarıyla hərəkət elədilər.  İstəmədilər gözləri qırılsın mülkü əhalinin. Və doğru elədilər, emosiya ilə yox, məntiqlə davrandılar.

 

Biz isə  Xocalıyla bağlı danışanda doğru davranmadıq. Xocalıdan danışdıqca  gözümüz qırıldı.

 

Erməni daşnaklarının da əsl istədiyi bu idi. Əslində “düşmənə qəzəb” yaranmalıydı, “özümüzə inamsızlıq” yarandı. Mülki əhalinin döyüş bölgəsini tərk etməsi gücləndi. Kimdi günahkar?

 

Mollanın evindən oğurluq hadisəsi haqda lətifəni xatırlayırsınz? Mollanı “niyə it saxlamadığı”,  “qıfılın möhkəm olmadığı” və başqa sözlərlə  ittiham edirlər. Molla da - “oğruda heç günah yoxdur mu?” – deyə etirazını bildirir.

 

Əlbətdə, günahkar 1828-ci ildən bu istilalaya, soyqrıma hazırlaşan daşnak xislətli məxluqlardır.  O məqluqlar ki, biz qan görəndə qorxanları onlara bənzədirdik.

 

İçimizdə isə günahkar axtarmaq lazım deyil,  bununla olub-qalan günahımızı yumaq vaxtı keçir. Bir  günahımız var - o da  torpaqlaqımızı itirməyimizdir.

 

Xatırlayaq ki, 100 il əvvəl - 1920-ci ilin elə bu vaxtlarında, dəqiq desək martın 23-ündə ermənilər Qarabağımzda qiyama qalxmişdılar. Milli Ordumuz onların cavabın layiqincə verdi. Təəssüf ki,  “Qırmızı Ordu”nun Bakını işğalı dayandırdı o əməliyyatları.

 

366 alaydakı hərbçilər həmin işğalçıların davamçılrı idi.  Bu dəfə məkan və zaman baxımından daha yaxındaydılar. Şimalın gözləmədiyimiz soyuq küləkləri də daha sərt əsdi.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanın müdafiə xətti yarılır - Orduya çağırış edildi