Modern.az

Rafael Dadaşovun səhhətindən XƏBƏR VAR

Rafael Dadaşovun səhhətindən XƏBƏR VAR

Mədəni̇yyət

26 Fevral 2020, 14:37

Son vaxtlar Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşovun səhhətində ciddi problemlər yaranıb. Hazırda vəziyyəti necədir? Bununla bağlı Modern.az aktyorun özü əlaqə saxlamağa çalışıb.

 

Ancaq saytımıza Rəfael Dadaşovun özü yox, oğlu Ayxan Dadaşov açıqlama verib.

“Hazırda vəziyyəti qənaətbəxşdir. Sağlıq durumunda müəyyən irəliləyişlər var. Müalicələrini bəzən ev şəratində , bəzən də xəstəxana şəraitində davam etdirir”.

 

Qeyd edək ki, Xalq artisti Rafael Dadaşov dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?