Modern.az

Yanlış məlumata görə cəza: Dövlət qurumları  da media kimi cəzalandırılmalıdır?  – HÜQUQŞÜNAS “HƏ” DEYİR

Yanlış məlumata görə cəza: Dövlət qurumları  da media kimi cəzalandırılmalıdır?  – HÜQUQŞÜNAS “HƏ” DEYİR

Media

2 Mart 2020, 14:52

Yadınızdadırsa, 1992-ci ilin fevralın 26-da Xocalı soyqırımı barədə məlumat yayan dövlət qurumları iki azərbaycanlının həlak olduğunu bildirmişdilər.

 

Halbuki verdikləri informasiyanın yalan olduğunu söyləmişdilər.

 

Bir neçə il öncə yay vaxtı hava barədə məlumat verən dövlət qurumu temperaturun yuxarı həddini aşağı göstərmişdi. Demək olar ki, belə hallarla zaman-zaman raslaşırıq.

 

Nəticədə insanların dövlət qurumlarına güvəni azalır.

 

Jurnalistlər, mətbuat orqanları dezinformasiya yaydıqda cəzalandırıldığı halda, belə qanunsuzluğa yol verən dövlət orqanlarına qarşı hansı tədbirlər görülməlidir?

 

Öncə qanunvericiliyə müraciət edək.

 

“İnformasiya əldə etmək haqqında” Qanuna görə dövlət orqanları və bələdiyyələr, ictimai funksiyaları yerinə yetirən hüquqi, o cümlədən publik hüquqi şəxslər, təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi və fiziki şəxslər informasiya sahibi sayılırlar.

 

Həmin qanunun 10-cu maddəsində bildirilir ki, informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz istifadəsini, hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu təmin etməyə borcludur.

 

Bütün bunlara rəğmən, bu informasiya sahiblərinin ictimaiyyəti maraqlandıran məsələlərdə laqeydlik nümayiş etdirdiyi hallarda qeydə alınır.

 

Hətta bəzi hallarda dövlət orqanlarının yanlış və ya natamam informasiya yaydığının da şahidi oluruq.

 

Bəs, maraqlıdır, onlar buna görə hansı məsuliyyəti daşıyırlar?

 

Bununla bağlı Modern.az-a danışan Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, sabiq millət vəkili, tanınmıç hüquqşünas Əliməmməd Nuriyev diqqətə çatdırıb ki, ölkədə ekoloji, sosial, siyasi və s. təhlükələrlə bağlı ictimaiyyət mütləq məlumatlandırılmalı, bu, hər kəsə açıq olmalıdır:

“Əgər müəyyən edilsə ki, dövlət orqanı tərəfindən bilərəkdən yanlış məlumat yayılıb və bu ağır nəticələrə gətirib çıxarıb, onda həmin dövlət orqanının ən yüksək vəzifəli şəxsləri, səlahiyyətli işçiləri  məsuliyyətə cəlb olunmalıdır.

 

O, işdən azad edilə və ya inzibati məsuliyyətə cəlb oluna bilər. Bu nöqsana yol vermək səlahiyyətlərdən sui-istifadə deməkdir və əgər fəsadlar daha ağırdırsa, cinayət məsuliyyətinə cəlb olunmalıdır”.

 

Ə. Nuriyev xüsusilə qeyd edib ki, hər hansı ərazidə xəstəliklər, epidemiya və ya virus yayılıbsa, işğal, müharibə təhlükəsi varsa, mütəmadi məlumatlar insanlara çatdırılmalıdır ki, vətəndaşların sağlamlığına təminat verilsin.

 

“Dövlət orqanları bu kimi məqamlarda yanlış məlumat yayıb, ictimaiyyəti çaşdırırsa, ayrı-ayrı vəzifəli şəxslərlə bərabər qurumun rəhbərliyi də cəzalandırılmalıdır.

 

Hüquqi dövlətin əsas prinsipi odur ki, hər kəs qanun qarşısında bərabərdir”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır