Modern.az

Kıbrıs türkün gözüdür

Kıbrıs türkün gözüdür

Ədəbi̇yyat

7 Mart 2020, 11:09

(Mühacirətin ədəbi-publisistik irsində Kıbrıs problemi)

Tarixi, milli, mədəni-mənəvi bağların, yaxınlığın nəticəsidir ki, istər Azər­bay­can Xalq Cümhuriyyətinin süqutundan sonra sovet rejiminin təqibindən xilas olmaq is­tə­yən soydaşlarımızın, istərsə də İkinci Dünya Müharibəsi bitdikdən sonra sərhədin o ta­­­­yında qalan həmvətənlərimizin böyük əksəriyyəti Türkiyəni özlərinə ikinci Və­tən seç­­­miş və qardaş ölkədə məskunlaşmışlar. Daim Azərbaycan həsrəti ilə yaşayan qə­rib­­­lər onlara məhəbbətlə qucağını açan Türkiyəni doğma ocaq qədər sevmiş və ona sə­­­daqətlə xidmət etmişlər: sevincinə şərik, kədərinə ortaq olmuşlar. Təsadüfi deyil ki, Azər­­­baycan mühacirət ədəbi irsində Türkiyənin zəngin tarixindən, şanlı türk əs­gə­ri­nin zəfərlərindən bəhs edən kifayət qədər nümunələr vardır. İstiqlal mücahidlərinin bu mövzulara müraciəti təbiidir. Qardaş xalqın dillərdə dastan olan azadlıq duyğusu, bay­­­­raq, Vətən, millət sevgisi mühacirlərimizin iftixar və ilham mənbəyi olmuşdur. Dün­­­ya hərb tarixinin qızıl səhifələrindən sayılan Çanaqqala savaşına, Bakının er­mə­ni-bolşevik quldurlarından azad olunmasına, Cənubi Koreyadakı qəhrəmanlıq das­ta­nı­­­­­na, Kıbrıs hərəkatına həsr olunmuş bədii-publisistik nümunələr bir tərəfdən Tür­ki­yə­­­­­yə məhəbbətin izharı, digər tərəfdən də bolşevizm və sovet rejimi əsarətində ini­l­də­yən Vətənimiz Azərbaycanın istiqlalı uğrunda ideoloji mücadilə üsuludur.

 

 Yunan-rum zülmünə, qətliamına məruz qalan, öz milli varlığını qorumağa ça­lı­şan, istiqlalı uğrunda çarpışan Kıbrıs türklərinin taleyi Azərbaycanlı mühacirləri də da­­­­im düşündürmüş, narahat etmişdir. 1950-ci illərin sonu, 60-cı illərin əv­vəl­lə­­­­rində Kıbrıs özünü müstəqil dövlət elan etdikdən sonra adada yaşayan türklər xü­su­si­lə zorakılığa məruz qalırdı. Hələ o zaman imzasına ara-sıra Azərbaycan Kültür Dər­­­­nə­yinin orqanı (Ankara) «Azərbaycan» jurnalında rast gəldiyi­­miz Abdulla As­lan­türk uzaq­görənliklə od püskürür, ucadan hayqırırdı:

Ey Kıbrıslı arkadaş! Gəlir, yaxındır o gün,

Sənə mütləq doğacaq Anadoludan bir gün.

Bayrağımın altında Kıbrıs yapacaq bir gün

Tarix qanımla yazsın: Kıbrıs türkün gözüdür.

Göydə uçan durnadan yalnız sənsən sorağım,

İlk hərəkət əmrində Lefkoşedir durağım.

 

 Şair daha sonra «ölsəm, gözüm qapanmaz, sənə qovuşmasam»- deyir və «sənin ki­­­­­mi bizlərdən ayrılmış bir kaç ölkə»- deyərək dərdini dilə gətirir və onların da Tür­ki­yə­­­­yə əmanət olduğunu söyləyir:

 Azərbaycan, Türkistan Haqqdan əmanət türkə,

 Tanrım fürsət verirsə Abdullah Aslantürkə

 Anladacaq dünyaya: Kıbrıs türkün gözüdür.

 

 

Azərbaycan Kültür Dər­­­­nə­yinin orqanı (Ankara) «Azərbaycan» jurnalındaim müraciət etdiyi mövzulardan birinin Kıbrıs olayları olduğunu qeyd etsək, yanılmarıq. Dərgi illər boyu bu  problemlə bağlı məaqlələr dərc etmiş, Kıbrıs türklərinin haqq səsini, ədalətli mövqeyini müdafiə etmişdir.  Milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, ədəbiyyatşünas, publisist Əbdüvahab Yurdsevərin (17 iyul 1898Bakı – 28 yanvar 1976,Ankara) “Şanlı Kibrıs zəfərimiz” (№211,1974), “Kıbrıs Türk Cümhuriyyəti” (№213, 1975), Əhməd Qaracanın “Azərbaycandan Hataya və Kibrısa” (№211, 1974), Əhməd C. Qazıoğlunun “Kıbrıs türk toplumunun uzlaşma, barış və özgürlük anlayışı” (1995, №305),  Hikmət Bilanın “Erməni, Kıbrıs, Kərkük” (№358, 2005), Rauf Öznuh, Onur Çətinərin “Kərkük, Qarabağ, Kibrıs” adlı məqalələri, eləcə də Kıbrıs olaylarının ildönümlərinə həsr olunan tədbirlər barədə çoxsaylı reportaj və xəbərlər dərginin Kıbrıs mövzusuna diqqət və həssaslıqla yanaşdığına dəlalət edir.

Burada bir məqama xüsusi diqqət yetirmək lazımdır. Ermənilərin Dağlıq Qarabağda törətdikləri cinayətlərdən sonra mühacirlər Kıbrıs faciəsindən bəhs edərkən mütləq şəkildə ermənilərin Qarabağda, ümumiyyətlə, Azərbaycanda törətdikləri vəhşiliklərdən də bəhs edir, bu fəlakətin mahiyyət etibarı ilə  Kıbrıs qətliamı ilə eyni olduğunu vurğulayır və cinayətkarları lənətliyirlər.

Dərgi Hollandiyanın  Lahey şəhərində fəaaliyyət göstərən “Türklərə qarşı soyqırım araşdırma vəqfi”nin düzenlədiyi forumda vəqf başkanı Səfa Yürükəlin çıxışını dərc etmişdir. Məruzəçi Kıbrısda və Qarabağda törədilən cinayətlərin məkrli, çirkin mahiyyətini, eyni zamanda  Qərbin ikiüzlü siyasətini ifşa edir: “Kıbrısta Yunanistan ve Rumların işbirliğiyle Enosisi gerçekleştirmek için (adanın Yunanistan'la birleştirilmesi-Büyük Yunanistan için) hazırladıkları Akritas planı gereği (Türkleri dadan yok etme planı), 1962-1963 ve 1974 yıllarında Kıbrıs Türklerini adadan yok etmek için soykırım suçu, insanlık suçu, savaş suçu ve barışa karşı saldırı suçu işlemişlerdir.

Gördüğümüz gibi Karbağdaki gibi Kıbrıs'ta da suçlar ve suçlular belli iken, insan hakları telalığı yapan, Uluslararası güçler ve kurumlar bu konuda da Karbağ'da olduğu gibi Güney Kıbrıstaki suçlu sorumluları korumakta ve onların yanında yer almaktadır.

Kıbrıslı Rumlar, 20 yüzyıldaki tavırlarıyla, katliamlar yaparak barbarlığı temsil ettiler. Bunlar sadece kana susamış bir biçimde Türkleri katletmediler. Aynı zamanda, onları yarı canlı olarak mezarlara da gömdüler. Bu toplu mezarlara gömülenler, Rum vahşetinin, insanlığa bir göstergesidir. Toplu mezarlardan çıkarılan iskelet delilleri ise, yıllarca bize, Rumların vahşice tatbik ettiği, feodal kuralların, sonuçlarını gösterecektir' demektedir (№370, yanvar, fevral, mart 2007).

Jurnalın həmin nömrəsində Rauf Öznuh, Onur Çətinərin “Kərkük, Qarabağ, Kibrıs” adlı məqaləsində oxuyuruq: “Kerkük'te zulüm ve işkence sürüp gitmekte. Karabağ işgal altında. Kuzey Kıbrıs Türk Cumhuriyeti tecrit ve izole edilmiş. Bugün Kerkük, Karabağ ve Kıbrıs... Sözünü duyan her Türkün kalbi kıpır kıpır çarpıyor. Çeşitli tarihlerde sözkonusu bölgelerde yapılan katliamlar gündeme geldiğinde içimiz hüzünle doluyor. Yanık Karabağ ve Kerkük Türküleri yüreklerimizi dağlıyor. Ciğerlerimizden adeta parçalar koparıyor”. Məqalədə türk xalqları, onların dərnəkləri arasında əlaqə və əməkdaşlığın vacibliyi xüsusilə vurğulanır.

 

 1974-cü ildə Türkiyə Silahlı Qüvvələrinin Kiprdə başlatdığı və şanlı türk silahlı bir­­ləşmələrinin paytaxt Nikosiyaya daxil olması ilə nəticələnən əməliyyat mühacir qə­­­ləm sahiblərini daha da ruhlandırmış, Azərbaycanın da istiqlala qovuşacağına ümi­di artırmışdır. Filologiya üzrə elmlər doktoru, dosent Nikpur Cabbarlı bir müddət Tür­­ki­yə­­də yaşayan, orada ali təhsilə yiyələnən mühacir şair Alazan Baycanın (Hacı H­ə­­sən­za­­­­də-1913-Qazax,1989-Freyburq) Kıbrıs zəfəri münasibəti ilə qələmə aldığı “Yü­rü” şe­­i­rini təhlil edərkən şairin və onun timsalında mühacirlərin duyğu və dü­şün­cə­lərini us­­talıqla çatdırır, göstərir ki, Quzey Kıbrıs olayları A.Baycanda doğma vətəni Azər­­bay­­canın qurtuluşuna olan inamı daha da qüvvətləndirmişdi. O, Türkiyə Cüm­hu­riy­­yə­tin­­dən «Azərbaycan davası»na mənəvi dəstək istəyir. Bu ərkyana istək isə, şüb­hə­siz ki, bütün vətənpərvər azərbaycanlıların qardaş ölkəyə bəslədikləri sonsuz mə­həb­­bət­dən qaynaqlanırdı.

 Tədqiqatçı yazır: «A.Baycan öz həssas şair qəlbində yalnız vətəni Azərbaycanın de­­­­yil, bütün əsir türk ellərinin dərdini, möhnətini gəzdirir, onların da istiqlal mü­ca­di­lə­­­­­­sini dəstəkləyir, qurtuluşlarına ümid bəsləyirdi. Türkiyə ordusunun 1974-cü ilin iyu­­­­­lunda Quzey Kıbrısdakı uğurlu hərbi əməliyyatı və bu əməliyyat nəticəsində min­lər­­­­lə Kıbrıs türkünün soyqırım təhlükəsindən xilas olması şairi xüsusilə ruh­la­n­dır­mış­dır. O, hə­min günlərdə qələmə aldığı «Yürü» şeirində bu zəfərdən duyduğu sevinci

ifa­­də edir, türk əsgərlərinin igidliyinə heyranlığını bildirirdi:

Yürü! Göz bəbəyim, türkün əsgəri,

Qaldır haqsızlığı, xoş düzən yarat.

Yürü! Alp Arslanın igid ərləri,

Xaini, zalımı o yerlərdən at.

Millət arxandadır, yürü aslanım,

Qüdrət də, ağıl da, haqq da səndədir.

Könlüm coşa gəldi, ağrını alım,

Azadlıq ümidi indi məndədir.

Unutma! Doğuda dağlar ardında

Orda da əzilən qardaşların var.

Ürək ver, ümid ver, acı onlara,

Sözün keçər sənin, adın-sanın var .

 

Mühacir dramaturq Abay Dağlının 1975-ci ildə İstanbulda işıq üzü görən, 3 pər­də 7 şəkildən ibarət «Albay» pyesində də (əsərin tam adı «Ana və Yavru yurd­la­rı­mı­zın öz oğlu- yenilməzoğlu- Albay»dır) Kıbrıs olaylarından, bu hərəkatın qəh­rə­man­la­rın­­­dan albay İbrahim Qaraoğlanoğlunun şücaətindən bəhs edilir. Müəllif pyesin əv­və­lin­­­də əsəri Kıbrısda şəhid olan albay İbrahim Qaraoğlanoğlunun və bütün şə­hid­lə­ri­mi­­­­zin əziz ruhuna ithaf etdiyini yazır...

Kitabın annotasiyasında pyesin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı (Ge­nel­­­­kurmay Başkanlığı) tərəfindən gənclərin hərbi vətənpərvərlik tərbiyəsi üçün əhə­miy­­­­yətli bir əsər kimi bəyənildikdən sonra çap edildiyi və son Kıbrıs olaylarından son­­­­ra da göründüyü kimi, milli həyəcan günlərində, tarixlə, ordu ilə ilgili səhnə əsər­lə­­­­rinə məktəb və təşkilatlarda böyük maraq göstərildiyi qeyd olunur... A.Dağlı əsə­­­rə yaz­dığı «Özət»də əsərin məzmunu və onu yazmaqda məqsədi haqda qısa mə­­­lu­mat verir. O, pyesin 2-ci pərdəsinin 3-cü səhnəsində yüzbaşının əsir düşmüş yu­na­­­na xi­tabla dediyi «Dərbə dedinizsə,.. Dərbələr də var, Məsəla, bir Kıbrıs, bir Dum­lu­­­pi­nar» beytini xülasəyə proloq kimi təsadüfən əlavə etməmişdir. Dra­­­­ma­turq bununla Türkiyə hərb tarixində parlaq iz qoymuş, tarixə «Başkomutanlık Mey­­­­­dan Müharibəsi», ya da «Dumlupinar Meydan Müharibəsi» kimi düşən (Qur­tu­luş savaşının son mərhələsi-26 avqust 1922-ci il) və məhmətciyin şanlı süngüsü ilə yu­­­nan­lar üzərində qazanılmış Dumlupinar zəfərini oxucusuna bilərəkdən xatırladır... Onun qəhrəmanı albay İbrahim Qaraoğlanoğlu da əsgərlər arasında tarixdən gələn Və­­­­tən sevgisini, Atatürk ideyalarını, İstiqlal savaşı ruhunu daim yaşatmağa çalışır, hər cür qara zehniyyətə, zərərli adət-ənənələrə qarşı çıxır. Bu cür təlim-tərbiyənin nə­ti­­­­c­əsidir ki, bir-birinə nifrət edən qan davalı iki əsgər Kıbrısa qoşun çıxartma hərəkatı xə­­­­bərini eşidib sevinir, kin-küdurəti unudur və qardaş kimi qucaqlaşırlar...

 

Yuxarıda qeyd etdiyimiz kimi, pyesin məzmunu Kıbrıs olaylarından gö­tü­rül­müş­dür və burada albay İbrahim Qaraoğlanoğlunun və onun əsgərlərinin şücaətindən bəhs olunur. Yunanlar tərəfindən zülmə, qətliama məruz qalan Kıbrıslı türklərin xi­la­sı­­­­­na can atan, tələsən əsgərlər yüksək döyüş əhval- ruhiyəsindədir, onlar «Anam məni ye­­­­tişdirdi…» marşını oxuya-oxuya hər an adaya doğru «şahlanıb coşmağa, şarkı söy­lə­­­yərək koşmağa» hazırdırlar. Albay İbrahim Qaraoğlanoğlu əsgər və ça­vuş­la­­ra «Ruhən bəslənirsə, əroğlu ərlər, Daima sağlanır böyük zəfərlər»- deyə xitab edə­rək on­­l­arı cəhalətin, çürük adətlərin təsirindən qurtarmağa, xüsusilə qan davası kimi bə­­la­dan xilas etməyə çalışır və istəyinə nail olur. Əsgərlərin hər birinin ürəyi Kıbrıslı türk­­­­lərin qatillərinə qarşı nifrətlə doludur, onlar: «Vətənə qurbanam», «Silah ba­şın­da­yam, əmr bəklərəm», «Əldə silahımla önə koşaram, Dağların başından keçib aşaram, Həp zəfər qazanıb belə yaşaram» - deyərək döyüşə atılırlar. Albay İb­ra­him Qa­raoğlanoğlu isə öndə gedərək əsgərlərə nümunə göstərir, yaralılara yardım edir, düş­mən gülləsinə tuş gələn şəhidin başını dizi üstə alaraq, alnından öpərək hə­yə­can­­la ona xitab edir:

Vurulub tərtəmiz alnından, uzanmış yatıyor,
Bir hilal uğruna, ya Rəbb, nə günəşlər batıyor!
Ey, bu topraklar için toprağa düşmüş, əsgər!
Göydən əcdad enərək öpsə o pak alnı dəyər.

Sana dar gəlməyəcək məqbəri kimlər qazsın?

«Göməlim gəl səni tarixə» desəm, sığmazsın.

Tüllənən məğribi, axşamları sarsam yarana...
Yenə bir şey yapabildim deyəməm xatırına .

 

 A.Dağlı albay İbrahim Qaraoğlanoğlunun dili ilə istiqlal şairi Məhmət Akif Ər­­­soyun «Çanaqqala şəhidləri» şeirindən gətirdiyi misralarla səhnəni daha təsirli edir, mətn­­də emosionallıq və ekspressivlik yaradır. Daha sonra dramaturq öz ifadələri ilə al­­­bay İbrahim Qaraoğlanoğlunu danışdırır:

«Ey əziz şəhid!...

Şanlı yurdum yaşadır ruhunu dünyada sənin.

Kəndi hayranın olur yurdum da, dünya da sənin».

 

Əsərin finalında albay İbrahim Qaraoğlanoğlu da şəhidlik zirvəsinə ucalır. Bu ağır itki, acı müəllifi, oxucunu, tamaşaçını sarsıtsa da, qələbəyə inamı zərrə qədər azal­t­­­mır. Albay ölüm anında da nikbindir, o, ölümü ilə də düşmənə meydan oxuyur və bu hiss, duyğu hər kəsə sirayət edir. Albay irəliyə, adaya doğru axına boylanaraq

deyir:

 Kıyıdan kıyıya durmaz bu axın,

 Nə qədər yaxın, nə qədər yaxın .

 Pyesin məzmunu, xarakterlər, cərəyan edən hadisələr müəllif ideyasını kifayət qə­­­­dər əks etdirir. Türkiyə türklərinin sevə-sevə «Yavru Vətən» adlandırdıqları Kıb­rı­sın yunanlardan xilası tarixinə, Kıbrıs türklərinin taleyinə həsr olunmuş pyesin baş­lı­ca ideyası vətənpərvərliyin və qəhrəmanlığın təlqin və təbliğidir. Müəllif və qəh­rə­man­­­­ları qaniçən düşmənə- körpə, qadın və yaşlıların qatillərinə nifrət etsə də, onlar ba­­­­rış, əmin-amanlıq, dinc birgəyaşayış tərəfdarıdırlar, müəllifin təbirincə desək, əsər­də «barış qayələri də ifadə edilmişdir». Albay İbrahim Qaraoğlanoğlu yüzbaşı ilə söhbət edərkən sülh tərəfdarı olduğunu, düşmənə də sülh təklif etməyin müm­kün­lü­­­yünü dilə gətirir:

Əlbəttə, bu sözü dinlətəcəyiz,

Hətta barış şeiri söylətəcəyiz.

Savaşın səbəbi barış və kindir,

Bəzi savaşlar da barış içindir.

 

 Pyesin ən maraqlı və təsirli məqamlarından biri daş, qaya parçaları arasındakı

mey­­­­­­­danda qısa fasilə zamanı türk əsgər və zabitlərinin ana vətən Türkiyədən gələn mək­­­tub və qəzetləri oxuması səhnəsidir. Əsgər atasının, anasının, babasının, əmi­si­nin, sevgilisinin yazdığı məktublar məhmətciyə və Vətənə məhəbbətin ən yüksək tə­cəs­­­­sümü, dəyəridir. Əsgər və zabitlər növbə ilə məktubları oxuyur.

Ata öz sevimli oğlunu pətəkdəki bala bənzədərək onu oxşayır, əzizləyir və ona Kıb­­rısı xilas etməyi tapşırır:

 Kovanımda bal, oğlum.

 Telli sazı çal, oğlum.

 Yavru vatanım, deyə,

 Kıbrısımı al, oğlum.

 

 Ana, qəlbində Kıbrısdan başqa bir dərdin, kədərin olmadığını oğluna yazır və bil­di­rir ki, Yavru Vətən üçün Qurban getməyə dəyər:

 Şərbəti qoydum tasa,

 Qəlbimdə yox bir tasa.

 Hər kəsin qurbanı var,

 Oğlum qurban Kıbrısa.

 

Əmi Kıbrıs hərəkatını bayram hesab edir, buna görə də görə çox sevinir və Tür­ki­yə­dən Kıbrısa salamlar söyləyir:

 Kutlu olur bayramlar,

 Suyum durulub, damlar.

 Ana yurdumdan sana,

 Kıbrısıma salamlar.

 

Məhmətciyin yolunu həsrətlə gözləyən sevgilisi əmindir ki, əsgər onun və Kıb­rısın eşqi ilə yaşayır:

 Konuşursun, coşarsın,

 İrmaq olub, daşarsın.

 Sən mənimlə və bir də,

 Kıbrısımla yaşarsın.

 

 Pyesdə mücahid obrazları da diqqəti çəkir və sevgi ilə işlənmişdir. A.Dağlı ki­­mi mü­cahidlər də doğma yurd-yuva acısı yaşayır, Vətənin azadlığı uğrunda mücadi­­­­lə apa­rırlar. Onların düşüncəsi, davranışı, danışığı müəllifə tanış və doğmadır. Heç ki­­­mə-qadına, qocaya, uşağa aman verməyən yunan qatillər heç nə ilə nə bol­şe­viklər­dən, nə də faşistlərdən fərqlənir. Onlar əliyalın, silahsız insanları hədəf alır, yeni-yeni qət­­­li­amlar törədirlər. Mücahidlər, minlərlə kıbrıslı türk kimi ana-atalarını itir­­­­­miş, evsiz-eşiksiz, yurdsuz- yuvasız qalmış, yetimxanalarda böyümüşlər. Bütün bun­­­­­lar onları sarsıtsa da, bir gün Türkiyənin onlarını xilas edəcəklərinə inanır və ümid­­­lərini üzmürdülər:

Dildə Ana sözümüz, Vatan sözümüz,

Hər gün üfüqlərdə qaldı gözümüz.

Coşan dalğalarla bir səs gəlirdi,

Bizlərə hər zaman ümid verirdi.

 

 Pyesdə haqqı əlindən alınanı, öldürülən, öz isti ocağından didərgin salınanı xi­las etməyə qalxan, bu yolda hər an qurban getməyə hazır olan albay, onun si­lah­daş­la­rı, bütün məhmətciklər, mücahidlər hansı məhəbbətlə təsvir və təqdim olunursa, insan qa­­­­n­ına susamış, türk düşməni yunanlar eyni dərəcədə kin və nifrət hissi ilə qələmə alın­­­­mışlar. Onlar hiyləgər olduqları qədər də qorxaq, unutqan olduqları qədər də za­lım­­­­d­­ırlar. Yunan albay etiraf edir ki, ona ibtidai sinifdən türkün düşmən olduğunu, tür­­­­kə aman verməməyi öyrətmişlər. Odur ki, onun gözünü qan, ağlını intiqam hissi tut­­muşdur:

Hər şeyi əzəcək və keçəcəyiz,

Daima qan töküb, qan içəcəyiz .

 

Əsərin müsbət məziyyətləri ilə yanaşı, onun sənətkarlıq baxımından kamil ol­du­­­­ğunu,

pyesi uğurlu hesab etmək üçün etibarlı ədəbi-bədii əsasların mövcudluğunu, xü­­­­­susən es­tetik, dramaturji cəhətdən yüksək tələblərə cavab verdiyini iddia etmək mü­­­m­­­­­kün de­yil. Lakin əsərin realist üslubu, zaman- tarix-məkan müəyyənliyi, konkret ad­­­­­­lar və xa­rakterik obrazları onun oxunaqlı olmasını şərtləndirir və pyesin dəyərini ar­­­­­­tırır. «Al­bay» pyesi  gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində əhə­miy­yə­­­­ti, mil­li-mənəvi dəyərlərə-ata-anaya, hörməti, sevgiyə sədaqəti təlqin, eyni za­man­da cə­ha­lə­ti, köhnə, zərərli adət- ənənələri tənqid etmək baxımından bu gün də ak­tu­al­dır.

 

Abid TAHİRLİ

 

“Azərbaycan” dərgisi (Ankara) 

 

  1. Abdullah Aslantürk. Kıbrıs Türkün Gözüdür (Şiir) . 1957, №61.s.18.
  2. A.Vahap Yurtsever. Şanlı Kıbrıs Zaferimiz . 1974, № 211,s.1
  3. Kıbrıs Zaferi Münasebetiyle Ecevit, Sancar ve  Erbakan’ı Kutladık. 1974,№211.s.4.
  4. Ahmet Karaca. Azerbaycan’dan Hatay ve Kıbrıs’a. 1974, №.211.s.21.
  5. A.Vahap Yurtsever. Kıbrıs Türk Federe Cumhuriyeti. 1975, №213, s.3.
  6. Kıbrıs Federe Türk Devletinin Kurulması Türklük aleminde Sevinç Yarattı. 1975, s.213. s.25.
  7. Sovyetler Birliği ve Kıbrıs Davamız. 1975, №213, s.63
  8. Kuzey Kıbrıs Türk Cumhuriyeti’ni Kutluyoruz .1983,s.246,s.4.

         9.Kıbrıs Türklüğünün Zaferi (Haberler). 1985,№252,s.7.

         10.Kuzey Kıbrıs Türk Cumhuriyeti Cumhurbaşkanı Rauf Denktaşın Teşekkür Mesajı. 1990, s.272, s.11.

  1. Ahmet C. Gazioğlu. Kıbrıs Türk Toplumunun Uzlaşma, Barış ve Özgürlük Anlayışı. 1995,№305, s.15
  2. Azerbaycan Kültür Derneği’nin Lefkoşa Lokali Kıbrıs Cumhurbaşkanı Vekili ve Millet Meclisi Başkanı Ayhan Halit Acarkan Tarafından Törene Açıldı. 1996, №308, s.29.
  3. Hikmet Bila. Ermeni, Kıbrıs, Kerkük. 2005, №358, s.14.
  4. Rauf Öznuh- Onur Çətinər .Kerkük, Karabağ, Kıbrıs. 2007, №370, s.34.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir