İranda koronavirusa yoluxan rektor sağaldı.
Modern.az İranın rəsmi agentliyi İRNA-ya istinadən məlumat verir ki, fevralın 25-də Kovid-19 diaqnozu qoyulan Qum Sağlamlıq Elmləri Universitetinin rektoru Muhammed Rıza Kadir virusa qalib gəlib.
Belə ki, rektor karantin müddətini başa vururaraq, öz vəzifəsinə qayıdıb.
Xatırladaq ki, Çindən dünyaya yayılan "Covid-19" ilk olaraq fevralın 19-da İranın Qum şəhərində aşkarlanıb və sonra demək olar ki, bütün ölkəyə yayılıb. Ölkədə “Covid-19”da tutulanların sayı 7 min 161-ə çatsa da, bu günə qədər 237 nəfər öldüyü bildirilir.