Modern.az

Milli Məclisdə yüksək vəzifəyə etimad göstərilən XANIMLAR

Milli Məclisdə yüksək vəzifəyə etimad göstərilən XANIMLAR

Parlament

10 Mart 2020, 17:41

Altıncı çağırış Milli Məclisin bu gün keçirilən ilk iclasında parlamentin sədri, birinci vitse-spiker, müavinlər, komitə sədrləri və müavinləri də seçilib.

 

Modern.az-ın məlumatına görə, yeni parlamentdə vəzifə alan qadınlar da diqqət çəkib.

 

Belə ki, deputat Sahibə Qafarova Milli Məclisin sədri seçilib. O, dördüncü və beşinci çağırış parlamentin də deputatı olub.

 

Üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olmuş Qənirə Paşayevaya da yüksək etimad göstərilib. O, Mədəniyyət komitəsinin sədri seçilib.

 

Parlamentə ilk dəfə seçilən Hicran Hüseynova isə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri vəzifəsinə təyinat alıb. O, bundan öncə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat