Modern.az

Milli Məclis üzvlərinə deputat vəsiqəsi veriləcək - Bu tarixdə

Milli Məclis üzvlərinə deputat vəsiqəsi veriləcək - Bu tarixdə

11 Mart 2020, 16:07

Milli Məclisin növbəti iclası martın 13-də keçiriləcək.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, iclasda altıncı çağırış parlament üzvlərinə deputat vəsiqələri təqdim olunacaq.

 

Vəsiqələrin Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov tərəfindən verilməsi gözlənilir.

 

Bildirilib ki, iclasın xüsusi gündəliyi yoxdur, başqa bir qanun layihəsi müzakirəyə çıxarılmayacaq.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır