Modern.az

Dünya bazarında neftin qiyməti kəskin aşağı düşdü

Dünya bazarında neftin qiyməti kəskin aşağı düşdü

İqtisadiyyat

12 Mart 2020, 07:56

Dünya bazarlarında "Brent" və "WTI" markalı neftin qiymətləri dəyişib.

 

Modern.az-ın məlumatına görə, "Brent" markalı neftin may fyuçersləri 5,10 faiz azalaraq 34,21 dollar/barelə bərabər olub.

 

WTI (West Texas Intermediate) markalı neftin aprel fyuçersləri isə 5,31 faiz ucuzlaşıb və 31,23 dollar/barel təşkil edib.

 

Martın 11-də dünyanın ən böyük Səudiyyənin "Saudi Aramco" neft şirkəti Krallığın Enerji Nazirliyindən aldığı təlimata əsasən istehsal gücünü 12-dan 13 milyon barelə qədər artıracağını bildirib.

 

Abu Dabinin Milli Neft Şirkəti, (ADNOC) həmçinin bildirib ki, aprel ayında dünya bazarına gündə 4 milyon barreldən çox neft nəql etməyi planlaşdırır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər