Modern.az

Parlamentin yaz sessiyasının qanunvericilik işlər planı müəyyənləşdi

Parlamentin yaz sessiyasının qanunvericilik işlər planı müəyyənləşdi

12 Mart 2020, 10:19

Azərbaycan Milli Məclisinin 2020-ci il yaz sessiyasının qanunvericilik işlər planı da açıqlanıb.

 

Bu barədə Modern.az-a Milli Məclisdən məlumat verilib.

 

Bildirilib ki, martın 13-də keçiriləcək iclasda yeni qanun layihələrinə baxılmaqla yanaşı, yarımçıq qalan qanun layihələrinin də müzakirəsi nəzərdə tutulur.

 

 Bunlar “Lombardlar haqqında”, “Ali təhsil haqqında”, “Qida təhlükəsizliyi haqqında”, “Turizm haqqında”, “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” və s. qanun layihələridir.

 

Bundan başqa, Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri və edəcəkləri qanun layihələrinə də baxıla bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!