Modern.az

Vahid Əhmədov prezidentə müraciət ETDİ

Vahid Əhmədov prezidentə müraciət ETDİ

Parlament

13 Mart 2020, 13:10

"Əmanətlərin tam sığortalanması haqqında” qanunun müddəti 3 il uzadılmalıdır”.

 

Modern.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Deputat bu müddətin uzadılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib:

 

“Cənab Prezidentdən xahiş edirəm ki, əhalinin maraqlarını nəzərə alaraq bu müddəti 3 ilə uzatsın. Hazırda sənədə təklif olunan 9 ay müddəti heç bir nəticə verməyəcək. Bu, insanlarımızda müəyyən anlaşılmazlıqlar yaradacaq”.

 

V.Əhmədovun sözlərinə görə, "Əmanətlərin tam sığortalanması haqqında" qanun 2016-cı ildə qəbul edilib:

 

"Bu məsələ öz bəhrəsini verib. Hazırda əmanətlərin 8,5 milyard manatı manatla olan əmanətlərdir. Bu gün neftin qiymətinin düşməsinə baxmayraq, Azərbaycanda sabit iqtisadi vəziyyət qorunub saxlanılır”.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür