Modern.az

Yeni deputatdan sərt REAKSİYA: “Burada nə işim var?”

Yeni deputatdan sərt REAKSİYA: “Burada nə işim var?”

Parlament

13 Mart 2020, 14:45

“Mən öz adımı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə yazdırmışdım. Hətta komitənin sədri Əli Hüseynli ilə söhbət də etmişdik. Ancaq indi öz adımı orada görmürəm. Ola bilsin ki, bu, texniki səhvdir”.

 

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Erkin Qədirli deyib.

 

Qədirli əlavə edib ki, hüquqşünasdır və prinsipcə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsində fəaliyyət göstərməlidir: “Əgər bu komitədə olmayacağamsa, onda burada nə işim var?”.

 

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə deyib ki, bu, sırf texniki məsələdir:

 

“Siz Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüsünüz”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır