Modern.az

Koronavirusla bağlı Milli Məclisə sənəd daxil olub

Koronavirusla bağlı Milli Məclisə sənəd daxil olub

Parlament

14 Mart 2020, 09:38

Milli Məclis koronavirus infeksiyasına (COVİD-19) görə yaranmış vəziyyəti müzakirə edəcək.

 

Modern.az “Report”a istinadən məlumat verir ki, bununla bağlı artıq parlamentə sənəd daxil olub.

 

Layihəyə yaxın günlərdə Milli Məclisin iclasında baxılacaq. 

 

Qeyd edək ki, Azərbaycanda hazırda koronavirusa yoluxan 15 nəfər var. Bu gündən etibarən ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla). Eyni zamanda dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunub. Bundan əlavə, saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılıb.

 

Martın 3-dən bağça, orta məktəb və universitetlər bağlanıb. 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər