Arxiv
25 mart 2020, 16:58 | AKTUAL
Bahar Muradovadan ailələrə MÜRACİƏT

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova koronavirus pandemiyası ilə bağlı ailələrə müraciət edib.

 

Modern.az həmin müraciəti təqdim edir:

 

"Əziz həmvətənlər!

 

Dünya ölkələri yeni bir çağırışla üz-üzə, insanlar isə həyati əhəmiyyət kəsb edən bir sınaq qarşısındadır.

Yeni növ koronavirus - COVİD-19 qlobal təhlükə kimi hamımızı təhdid edir.

Sanitar-epidemioloji salamatlığın təmin edilməsi məsələsi dünya gündəminin 1 nömrəli vəzifəsi olaraq qarşımızdadır.

Hər keçən gün artan yoluxma və ölüm halları  ən inkişaf etmiş ölkələrin əhalisinin belə təhlükələrdən qorunmaq üçün tam sığortalanmadığını sübut etməkdədir.

Eyni zamanda, bu günə kimi bütün qitələri, regionları və ölkələri bir-birinə bağlayan iqtisadi, mədəni və humanitar əlaqələr, turizm və nəqliyyat strukturu ciddi şəkildə ziyan görməkdədir.

Dünyanı bürüyən pandemiya həm də, yer kürəsinin insanlarını, o cümlədən, bizim hamımızı birləşdirən dəyərləri sınağa çəkir.

 

ÜST-ün qərar və tövsiyyələrinə uyğun olaraq ölkəmizdə koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə epidemioloji, tibbi profilaktik və müalicəvi tədbirlərin həyata keçirilməsi üçün qəbul edilən qərarlar və onların operativ həyata keçirilməsi sahəsində xeyli işlər görülüb.

Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın ciddi diqqəti və nəzarəti altında Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah vəziyyətdən çıxış edərək lazımi addımları atmaqda, ölkə əhalisinin sağlamlığının qorunması, baş verə biləcək fəsadların önləyici tədbirlərlə zərərsizləşdirilməsi  üçün təsirli tədbirlər görməkdədir.

 

Dövlətimiz bütün imkanlarını bu vəziyyətdə zərər görə biləcək istiqamətlərin dəstəklənməsi, ölkə xaricində olan soydaşlarımızın, aztəminatlı və həssas qrupların problemlərinin həll edilməsinə, bütövlükdə isə ölkəmizdə yaşayan bütün insanların təhlükəsizliyinin təmin edilməsinə yönəltməkdədir.

Bir sözlə, Azərbaycan dövləti, müvafiq icra hakimiyyəti orqanları, tibbi və sanitar epidemioloji müəssisələrimiz, nəhayət günümüzün qəhrəmanları sayılan həkimlərimiz, bütün sanitar və tibbi personalımız üzərlərinə düşən işin öhdəsindən ləyaqətlə və peşəkarlıqla gəlməkdədirlər.

Hazırda bu virusun cənginə aldığı ölkələrdə mövcud vəziyyətin təhlili və bir sıra acı nəticələr sübut edir ki, görülən tədbirlərin müsbət effekt verməsi üçün vətəndaş məsuliyyəti və insanların davranışı mühüm əhəmiyyət kəsb edir.

Bu gün ölkəmizdə də ciddi karantin rejimi tətbiq edilməkdədir. Bakı, Sumqayıt, Abşeron, eləcə də ətraf regionlar arası əlaqələr və nəqliyyat xidməti məhdudlaşdırılıb. Belə bir vəziyyətin doğurduğu çətinliklərin əhali tərəfindən düzgün dəyərləndirilməsi virusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlərdən heç də az əhəmiyyət kəsb etmir. Və nəticə daha çox elə bundan asılıdır.

Odur ki, hamımız bir nəfər kimi bu günədək görülən işlərin effektivliyini artırmaq üçün ciddi rejimin qaydalarına əməl etməli, daha çox məsuliyyətli olmalı, təmasları minimuma endirməli, ailədaxili nizam-intizamı gücləndirməli, dövlətimiz, cəmiyyətimiz və bir-birimiz qarşısındakı öhdəliklərə əməl etməliyik.

Gəlin unutmayaq ki, bu gün həm də mədəniyyət və mənəviyyatın sınağa çəkildiyi gündür. Min illərin süzgəcindən keçib gələn milli-mənəvi dəyərlərimiz, adət və ənənələrimiz, dünyagörüşümüz bizdən öz yaxın və doğmalarımıza qarşı çox diqqətli olmağı, uşaqlara qayğı, yaşlılarımıza hörmət və ehtiramla yanaşmağı tələb edir. Əksər hallarda bizi onların da hərəkətləri və düzgün davranışı üçün məsuliyyət daşımağa sövq edir.

Odur ki, əziz valideyinlər, öz övladlarınızın virusdan qorunmasına cavabdeh olduğunuzu bir an belə unutmayın.

65 yaşdan yuxarı ahıl soydaşlarımız, nə qədər çətin olsa da, “#evdəqal” kampaniyasının tələblərinə ciddi şəkildə əməl edin və ilk növbədə sizə əziz olan doğmalarınızın həyatını təhlükə ilə qarşı-qarşıya qoymayın.

 

Bu günümüzün və gələcəyimizin əsas aparıcı qüvvəsi olan gənclərimiz, dövlətimiz və xalqımız daha çox sizə güvənərək bu çətin günlərdə sizdən kömək və dəstək gözləyir. Hər zaman olduğu kimi, bu gün də özünü və dövlətini qorumanın ən gözəl nümunəsini ortaya qoymaq sizin vəzifənizdir.

Həyatının mənasını doğmalarının rahatlığı və firavanlığına fədakarcasına həsr etməkdə görən qəhrəman qadınlarımız! Bu gün Sizin dözümünüz və müdrikliyiniz, mərhəmət və sevginiz ən çətin şəraitdən belə ümid və nikbinliklə çıxmaq, bütün ətrafınızı ruhlandırmaq bacarığınız sınağa çəkilir. Diqqət və qayğınızı heç birimizdən əsirgəməyin.

Nəhayət hər birimiz üçün qala sayılan evlərimizin, milli-mənəvi dəyərlərimizin, bizi biz edən kültürümüzün daha çox qorunduğu, elə bu səbəbdən də müstəqilliyimizin, dövlətçiliyimizin istinad nöqtəsi və dayağı olan ailələrimizin başçısı, baş tacımız ATALARIMIZ, müraciətimiz Sizədir!

Bu gün sizin himayənizə fiziki və mənəvi ehtiyacı olan doğmalarınıza, hər zaman olduğundan, daha çox sevgi və diqqət göstərin. Səbrli olmaqla ailənizin bütün üzvlərini karantin dövrünün tələblərinə əməl etməyə daha çox siz sövq edə, şəxsi nümunə göstərməklə nizam və intizam qaydasında davranışın bu bəladan daha az zərərlə çıxmağın əsas şərti olduğunu onlara ən yaxşı siz izah edə bilərsiniz!

 

Əziz soydaşlar!

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq biz öz səlahiyyətlərimiz və imkanlarımız daxilində hər bir vətəndaşın sağlamlığının qorunması naminə görülən işlərə, hər bir ailənin ən müxtəlif ehtiyaclarının qarşılanmasına töhfə vermək üçün çalışır və həssas ailələrimizə dəstək oluruq.

İnanırıq ki, dövlətimiz və xalqımızın fədakar səyləri nəticəsində ölkəmiz bu sınaqdan da ləyaqətlə və daha az itkilərlə çıxacaq.

Ən böyük uğurumuz isə BİRLİYİMİZ və MİLLİ HƏMRƏYLİYİMİZ olacaq.

TANRI XALQIMIZI VƏ BÜTÜN İNSANLIĞI QORUSUN!"

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fransada 292 nəfər koronavirusdan öldü 30 mart 2020, 00:56 Gürcüstanda 91 nəfər koronavirusa yoluxub 30 mart 2020, 00:44 Azərbaycan futzalına ağır itki 30 mart 2020, 00:29 Bakıda restoran yandı 30 mart 2020, 00:14 Bu futbolçular maaşlarını əvvəlki kimi alacaq 29 mart 2020, 23:54 Qənirə Paşayeva 200-dən çox ailəyə tibbi-gigiyenik vasitələr göndərəcək 29 mart 2020, 23:37 ABŞ-dan Çinə qarşı 20 trilyonluq bioloji silah ittihamı 29 mart 2020, 23:31 Bir gündə daha 756 italiyalı koronavirusdan öldü 29 mart 2020, 23:15 Koronavirus sürətlə yayılır - Yoluxanların sayı 700 mini ötdü 29 mart 2020, 22:50 Abituriyentlərə şad xəbər: Bu imtahanlar pulsuz oldu - SİYAHI 29 mart 2020, 22:37 İranda koronavirusun müalicəsi üçün bitki tərkibli dərman sınaqdan keçirilir 29 mart 2020, 22:20 Fransada koronavirusa yoluxan azərbaycanlı sağalıb 29 mart 2020, 22:04 Sumqayıtda 20 ictimai köməkçi cəlb ediləcək 29 mart 2020, 21:47 Bakıda şəxsi avtomobillərin hərəkətinə qadağa qoyulmayıb - Vaqif Əsədov 29 mart 2020, 21:42 Üç avtobusun hərəkət sxemində dəyişiklik edilib 29 mart 2020, 21:29 Ailəsində 3 koronaviruslu xəstəni sağaldan həmyerlimiz 29 mart 2020, 21:18 Azərbaycanın Türkiyədəki səfirliyi gücləndirilmiş iş rejiminə keçib 29 mart 2020, 20:47 Fonda 93 milyon 157 min 335 manat toplandı 29 mart 2020, 20:37 Türkiyədə koronavirusdan ölənlərin sayı 131-ə çatdı: 9217 yoluxma var 29 mart 2020, 20:26 Eldar Quliyev Bilgəh və Maştağada 12 ailəyə baş çəkib -FOTO 29 mart 2020, 20:20 Daşınmaz əmlakın qeydiyyatı xüsusi rejimdə aparılacaq 29 mart 2020, 20:14 Tibbi təxliyə edən təyyarə qəzaya uğradı: 8 ölü 29 mart 2020, 20:00 Koronavirus dünya çempionunun karyerasına son qoydu 29 mart 2020, 19:02 “Bəzi universitetlər tələbələrlə bağlı özbaşına qərar çıxarıb” - ETİRAZ 29 mart 2020, 18:27 Dövlət Komitəsi Bərdədə arvadını öldürən ərin işini nəzarətə götürdü 29 mart 2020, 18:19 Koronavirusdan ölənlərin sayı 32 mini keçdi 29 mart 2020, 17:47 İspaniyada daha 546 şəxs virusdan öldü - Hökumət karantin rejimini sərtləşdirdi 29 mart 2020, 17:37 Azərbaycanda daha 27 şəxsdə koronavirus AŞKARLANDI 29 mart 2020, 17:22 Bakıda bəzi yeraltı keçidlərdə hərəkət məhdudlaşdırılıb 29 mart 2020, 17:15 Bibiheybət yolu bağlandı 29 mart 2020, 17:08 “Parisdə küçəyə hər dəfə çıxanda polisə izahat veririk” - Azərbaycanlı yazıçı 29 mart 2020, 17:02 Generallar Elçin Quliyev və Kəmaləddin Heydərov karantin bölgəsində - FOTOLAR 29 mart 2020, 16:57 Köçkünlərin müvəqqəti məskunlaşma yerləri dezinfeksiya olunur 29 mart 2020, 16:53 Komitə sədri Milli Məclisin videokonfransından DANIŞDI 29 mart 2020, 16:40 Polşadan gəlib Lerikdə karantinə alınan diaspor rəhbəri: “Hələlik test olunmamışıq” 29 mart 2020, 16:34