Modern.az

Ermənistanda 329  nəfər koronavirusa yoluxdu

Ermənistanda 329  nəfər koronavirusa yoluxdu

27 Mart 2020, 21:57

Ermənistanda koronavirus infeksiyasına yoluxanların yarıdan çoxu paytaxt Yerevanda qeydə alınıb.

 

Modern.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Ermənistanda koronavirusun yayılmasına qarşı mübarizə məqsədilə martın 16-dan aprelin 14-dək fövqəladə vəziyyət rejimi elan edilib. Hazırda ölkədə 329 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, bir nəfər ölüb.

Yoluxma hallarının çoxu paytaxt Yerevanda qeydə alınıb – 151 yoluxma. Daha sonra Kotay vilayəti (57 nəfər ), Ararat (56 nəfər) və Armavir (52 nəfər) vilayəti yer alır.


Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü