Modern.az

İndoneziyada fövqəladə vəziyyət elan olundu

İndoneziyada fövqəladə vəziyyət elan olundu

Dünya

1 Aprel 2020, 09:25

İndoneziya Prezidenti Coko Vidodo yeninöv  koronovirus (COVİD-19) təhlükəsi ilə əlaqədar ölkədə səhiyyə sahəsində fövqəladə vəziyyətin tətbiq olunduğunu elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə “The Jakarta Post” qəzeti məlumat yayıb.

 

“Biz səhiyyə sahəsində mühüm qadağaların tətbiqi barədə qərar qəbul etdik. Prezidentin ölkədə fövqəladə vəziyyət elan olunması barədə Fərmanı qəbul olundu” - deyən C.Vidodo bəyan edib ki, ölkədə tətbiq ediləcək məhdudiyyət tədbirlərinə milli polis nəzarət edəcək. Bununla yanaşı, Prezident polisin səlahiyyətinə daxil olunan konkret məsələləri də elan edib.

 

Qeyd edək ki, İndoneziyanın hakimiyyət orqanları tərəfindən yeni koronovirusun yayılmasının qarşısını almaq məqsədilə ilk olaraq əcnəbilərin ölkəyə girişinə və çıxışına qadağa qoyulmuşdu.

 

Bu saata olan son məlumata görə, İndoneziyada yeni növ koronavirusa 1,528 nəfər yoluxub və onlardan 136-sı həyatını itirib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi