Modern.az

Türkiyədə polislər də koronavirusa yoluxdu

Türkiyədə polislər də koronavirusa yoluxdu

1 Aprel 2020, 09:44

Türkiyənin hüquq-mühafizə orqanlarının əməkdaşları arasında koronavirusa yoluxma halları qeydə alınıb.

 

Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bunu ölkənin Daxili İşlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında bildirib.

 

Nazir qeyd edib ki, virusun simptomları müşahidə olunanlar arasında jandarma və təhlükəsizlik xidmətlərinin əməkdaşları, kaymakamlar və bir vali var. Onların bəzilərinin test cavabları da müsbət çıxıb.

 

Nazir koronavirusa qarşı aparılan qabaqlayıcı tədbirlər çərçivəsində hazırda Türkiyənin 21 vilayətində 50 kənd və qəsəbənin karantinə alındığını, şəhərlərarası sərnişindaşımanın 98,9 faiz azaldıldığını bildirib.

 

 

Qeyd edək ki, bu saata olan məlumata əsasən, Türkiyədə yeni növ koronavirusa yoluxanların sayı 13,531 nəfərdir, onlardan 214-i vəfat edib.

 

T.İSMAYIL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir