Arxiv
6 Aprel 2020, 18:24 | PARLAMENT
Əli Hüseynli: “Beşinci kolon təmsilçilərinə təxribat törətməyə imkan verilməyəcək”

Modern.az saytı Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynlinin qısa müsahibəsini təqdim edir:

 

- Əli müəllim, qondarma "Milli Şura" belə bir iddia ilə çıxış edib ki, guya Azərbaycan hakimiyyəti koronovirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq olunan ciddi karantin rejimindən siyasi rəqiblərinə qarşı istifadə edir. Siz bununla bağlı nə deyə bilərsiniz?


- Elə "Milli Şura"nın bəyanatı və bəyanatın məzmunu bir daha onu göstərir ki, cənab Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində özünü radikal müxalifət adlandıran bu qrupun fəaliyyəti ilə bağlı proqnozlarında tam haqlı olmuşdur. Azərbaycan dövlətinin və Azərbaycan xalqının tamamilə bu qlobal pandemiyaya qarşı səfərbər olduğu, bütün cəmiyyətin bu həssas məsələdə birlik nümayiş etdirdiyi bir vaxtda belə bir bəyanatın qəbulu, belə bir davranış yalnız təxribat kimi qiymətləndirilə bilər və hesab edirik ki, Azərbaycan ictimai fikri də məsələni məhz bu cür dəyərləndirir. Əgər xatırlayırsınızsa, biz bir müddət əvvəl bəzi beynəlxalq təşkilatlar tərəfindən səsləndirilən qərəzli və qeyri-obyektiv bəyanatlarda bunun cücərtilərini gördük. İndi Azərbaycandakı "beşinci kolon" bunu icra etməkdədir.


- "Milli Şura" bir sıra şəxslərin məhz bu dövrdə həbs olunması ilə bağlı iddialarla çıxış edir, buna siyasi don geyindirməyə çalışır. Bunu necə dəyərləndirirsiniz?


- Onların səsləndirdikləri bu fikirlər təəccüb və ikrah hissi yaradır. Bilirsiniz ki, koronovirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə inzibati və cinayət qanunvericiliyimizə də dəyişiklik olundu. Bütün Azərbaycan vətəndaşlarına vaxtında və operativ şəkildə bu dəyişikliklər haqqında məlumat verilib və ictimaiyyət bu məsələlər haqqında tam məlumatlıdır. Hamı bilir ki, biz hazırda tamamilə fərqli bir hüquqi rejimdə yaşayırıq. Bu dövr ərzində Azərbaycanda karantin rejimi qaydalarını pozmalarına görə, 3 cinayət işi üzrə 5 nəfər haqqında həbs qəti-imkan tədbiri seçilib, 75 nəfər inzibati qaydada həbs edilib, 18767 nəfərə inzibati qaydada cərimə tətbiq edilib, 475 nəfərə isə xəbərdarlıq edilib. Onların sırasında iddia olunan bir neçə nəfərin olmasının siyasiləşdirilməsi qeyd etdiyimiz rəqəmlərin fonunda çox məntiqsiz görünür. Bu baxımdan müvafiq qurumlar tərəfindən həyata keçirilən hüquqi tədbirlərin siyasiləşdirilməsinin heç bir əsası yoxdur. Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə hüququn aliliyi tam təmin olunur. Əgər kiminsə əməllərində, fəaliyyətində qanun pozuntusu varsa, qanunsuzluğa yol verirsə, o da mütləq şəkildə qanun qarşısında cavab verməlidir.

Əlbəttə ki, Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt anti-Azərbaycan qüvvələrə, beşinci kolon təmsilçilərinə vəziyyətdən istifadə edib hansısa təxribat törətməyə imkan verməyəcək. "Milli Şura"nın qəbul etdiyi bu bəyanat isə bir daha belə bir çətin dövrdə radikal ünsürlərin Azərbaycan xalqı ilə ayrı düşüncədə olmasından xəbər verir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu gün Beynəlxalq Ətraf Mühit Günüdür 5 İyun 2020, 13:58 Milli Məclisin növbəti iclasının tarixi AÇIQLANDI 5 İyun 2020, 13:53 Deputat Rabitə Nazirliyini “VURDU” 5 İyun 2020, 13:48 Çimərliklərə getməyin! - XƏBƏRDARLIQ 5 İyun 2020, 13:46 At ətini mal əti kimi satanlar tutuldu - FOTOLAR 5 İyun 2020, 13:42 “Vətəndaşı narazı salan hakim məsuliyyətə cəlb edilməlidir” - Siyavuş Novruzov 5 İyun 2020, 13:37 “Məhkəmə-Hüquq Şurası haqqında” qanun dəyişdirilir 5 İyun 2020, 13:32 "Azəriqaz"dan smart-kart sayğacları olanlara xəbərdarlıq - Qazsız qala bilərsiniz 5 İyun 2020, 13:31 Qənirə Paşayevadan etiraz: “Burada hansısa şəffaflıqdan danışa bilmərik” 5 İyun 2020, 13:27 Vətəndaşlar zibil atmağa da gedə bilməzlər - DAXİLİ İŞLƏR NAZİRLİYİ 5 İyun 2020, 13:27 İcra başçısı iki məmurla bağlı prokurorluğa şikayət etdi 5 İyun 2020, 13:25 “Biz onların bəzisi ilə razıyıq, bəzisi ilə qəti razı deyilik” - Samir Şərifov 5 İyun 2020, 13:20 "Azərsu" həftəsonu xüsusi rejimdə işləyəcək 5 İyun 2020, 13:20 Tərcüməçi Həmzəli İlyas vəfat edib 5 İyun 2020, 13:17 Deputatdan Şamaxıda kənd adının dəyişdirilməsinə ETİRAZ: “O kənd türk adıdır” 5 İyun 2020, 13:16 2019-cu il dövlət büdcəsinin icrasına dair sənəd ilk oxunuşda təsdiqləndi 5 İyun 2020, 13:11 Siyavuş Novruzovdan həmkarlarına: “Ayrılan pullar xərclənib, bitib, gedib” 5 İyun 2020, 13:11 Deputat uşaqpulunun bərpasını İSTƏDİ 5 İyun 2020, 13:11 Fransa səfiri Tural Gəncəliyevlə görüşdü 5 İyun 2020, 13:09 Komitə sədri hökumətə təkliflər VERDİ 5 İyun 2020, 13:05 Bakıda “Vinçester”lə havaya atəş açan şəxs TUTULDU 5 İyun 2020, 13:00 Heminquyein naməlum qalmış hekayəsi nəşr olunub 5 İyun 2020, 12:57 Sabahın hava proqnozu AÇIQLANDI 5 İyun 2020, 12:53 Deputat parlamentdə su problemini qaldırdı: “Taxıl zəmisi susuzluqdan yandı” 5 İyun 2020, 12:52 Müəllimlərin sertifikatlaşdırılmasının vaxtı ELAN OLUNDU 5 İyun 2020, 12:46 Bu şəhərlərdə yeni inzibati binalar istifadəyə verildi - Foto 5 İyun 2020, 12:42 Təhsil Nazirliyi tədris ilinin sonunu qarışdıranlara aydınlıq gətirdi 5 İyun 2020, 12:40 Gəncədə abadlıq-quruculuq işləri davam etdirilir - FOTOLAR 5 İyun 2020, 12:37 Rusiyada koronaviruslu xəstələrin sayı 450 minə ÇATDI 5 İyun 2020, 12:34 DİM-dən buraxılış imtahanının iştirakçılarına MÜRACİƏT 5 İyun 2020, 12:32 Polis maskadan istifadə etməyənlərlə bağlı reydləri gücləndirdi - FOTOLAR 5 İyun 2020, 12:29 Ermənistanda COVİD-19-a yoluxanların və ölənlərin sayı ARTIR 5 İyun 2020, 12:26 Ali məktəblərə sənəd verən abituriyentlərin sayı AÇIQLANDI 5 İyun 2020, 12:23 Aybəniz Haşımova qızıl yel xəstəliyinə yoluxdu 5 İyun 2020, 12:19 Nazir icra başçısı həbs edilən rayonun polis rəisini İŞDƏN ÇIXARDI 5 İyun 2020, 12:15