Modern.az

Koronavirusla Mübarizəyə Dəstək Fonduna ən çox yardım köçürənlər - SİYAHI  

Koronavirusla Mübarizəyə Dəstək Fonduna ən çox yardım köçürənlər - SİYAHI  

Ölkə

10 Aprel 2020, 17:07

Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslər tərəfindən könüllü ödəmələr davam edir.

 

Modern.az xəbər verir ki, bu günə olan məlumata əsasən, fonda ümumilikdə 110 milyon manatdan çox ianə toplanıb.

İlk olaraq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna Prezidentin Ehtiyat Fondundan 20 milyon manat köçürüldü.

 

Ölkə başçısı İlham Əliyev də bir illik maaşını (126 min 900 manat) fonda ayıraraq hər kəsə nümunə göstərdi.

 

Birinci vitse-prezident Mehriban Əliyeva da bir illik maaşını (101 min 700 manat) Fonda ianə edib.

 

 Prezident və vitse-prezidentin örnək verdiyi bu təşəbbüsə nazirlər, dövlət qurumlarının rəhbərləri, sabiq məmurlar, sahibkarlar, sənət adamları və əhalinin fərqli təbəqələrinin nümayəndələri qoşuldular.

 

Modern.az Fonda yüksək məbləğdə ianə edən dövlət və özəl sektor nümayəndələrinin, qurumların siyahısını sizə təqdim edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir