Modern.az

“Diş həkimliyi”ndən mətbəxə, qol güləşindən ova - Putinin qeyri-rəsmi sərgüzəştləri

“Diş həkimliyi”ndən mətbəxə, qol güləşindən ova - Putinin qeyri-rəsmi sərgüzəştləri

Dünya

12 Aprel 2020, 09:38

Dünyanın müqəddəratını həll edən nəhəng siyasi liderlər. Biz onları adətən siyasi arenalarda görmüşük. Buna görə də dünyanın ən güclü ölkələrini idarə edən şəxslərin bizim kimi həyatı olduğunu bəzən unuduruq.

 

Modern.az “Siyasətçi həyatı fotolarda” adlı yeni fotolayihəyə başlayır. Bu layihədə siz siyasi xadimlərin həyatının digər üzü ilə tanış olacaqsınız.

 

Layihənin “ilk qonağı” isə Rusiya Federasiyasınn prezidenti Vladimir Vladimiroviç Putindir.

 

Vladimir Putin 1952-ci ildə Leninqradda anadan olub. Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra iqtisadiyyat üzrə magistr təhsili alıb. 1975-ci ildən SSRİ DTK-də çalışmağa başlayıb və bir müddət Almaniyada xidmət edib.

 

1991-ci ilin avqustunda Dövlət Təhlükəsizlik Komitəsini tərk edən gələcək prezident 1996-cı ilə qədər Sankt-Peterburq meriyasında müşavir və merin 1-ci müavini çalışır.

 

Putin 1998-ci ildə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə gəlib. Növbəti il yarım ərzində o, sürətli karyera sıçrayışına nail olub, əvvəlcə baş nazir, sonra isə Rusiya prezidenti kürsüsünü tutub.

 

Putin ilk dəfə 2000-ci ildə Rusiya Federasiyasının prezidenti seçilib. 2008-2012-ci illərdə baş nazir kimi fəaliyyət göstərib. O, 2012 və 2018-ci illərdə keçirilən prezident seçkilərində qalib gəlib.

 

68 yaşlı siyasi lider sonuncu seçkilərdə jurnalistin ona ünvanladığı “ növbəti prezident seçkilərində namizədliyinizi irəli sürəcəksiniz?” sualına gülərək cavab verib. "Siz dediyiniz bir az gülməlidir. Düşünürsünüz ki, 100 yaşınadək burada qalacağam?"

 

1983-cü ilin iyulunda Lyudmila Aleksandrovna ilə evlənən Putinin Mariya və Katerina adlı 2 qızı var. Rusiya lideri 2013-cü ildə xanımından boşanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir