Modern.az

Çernobıl yaxınlığında yanğın söndürüldü - VİDEO

 Çernobıl yaxınlığında yanğın söndürüldü - VİDEO

15 Aprel 2020, 00:08

Ukraynada Çernobıl Atom Elektrik Stansiyası yaxınlığında baş verən yanğın söndürülüb.

Modern.az  xəbər verir ki, bu barədə Ukrayna Dövlət Ekologiya Müfəttişliyinin sədri Yeqor Firsov öz "Facebook" səhifəsində yazıb.

O, yanğınların söndürülməsində gözlənilmədən yağan yağışın kömək etdiyini söyləyib.


Ukraynanın Çernobıl zonasında aprelin 4-də başlayan meşə yanğınları təhlükəli həddə çatmışdı. 10 gündür davam edən yanğın 34 il əvvəl dünyanın ən böyük ekoloji fəlakətinin yaşandığı Çernobıl Atom Stansiyasının yerləşdiyi bölgəyə yaxınlaşmaqda idi.

2018-ci ildə bu qəsəbəni 70 mindən çox turist ziyarət etmişdi, faciə haqqında mini serialın yayımlanmasından sonra isə bu rəqəm dəfələrlə artdı.

Ukrayna dövlət rəsmiləri Çernobl nüvə stansiyası üçün təhlükəli bir vəziyyət olmadığını bildirsə də,  yanğın sahəsində radiasiyanın normadan 16 qat daha çox olduğu məlum olub.

Modern.az videonu təqdim edir:

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub