Modern.az

Razi Nurullayev parlamentdə işıq və qaz borcunu silməyə ÇAĞIRDI

Razi Nurullayev parlamentdə işıq və qaz borcunu silməyə ÇAĞIRDI

İqtisadiyyat

17 Aprel 2020, 12:55

“Qaz və işıq sərfiyyatı ehtiyacı olan insanlar üçün sıfırlansın”. Modern.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bugünkü iclasında deputat Razi Nurullayev çıxış edib.

O bildirib ki, ehtiyaclı ailə yalnız işsiz kimi qeydiyyata düşənlər, sosial yardım alanlar deyil:

"Mən seçildiyim İmişli rayonunda minlərlə ehtiyac içində olan ailə göstərərəm ki, onlar sosial yardım almır, çünki adlarında maşın, torpaq var. Hər kənddə, hər qəsəbədə, hər rayonda və şəhərdə icra nümayəndələri var, bələdiyyələr var və onlar bu tip insanları tanıyırlar, əllərində hazır siyahıları da var. Bu məsələni bir həftə ərzində 100 % civarında aydınlaşdırmaq mümkündür. Əlavə olaraq, güzəştin bütün əhali qruplarına şamil edilməsini istərdim. Indi yay deyil ki, torpağı olan orada yetişdirdiyi məhsulu yesin.

Kiminsə adında torpaq var, ona yardım düşmür. Başa düşmürəm, o torpağı yeyəcək? Yox, əgər dövlətin bu gücü yoxdur iddia edirsinizsə, ən azından dediyim ehtyaclı ailələrə şamil olunması vacibdir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır