Modern.az

Parlament jurnalistləri Milli Məclisin hansı komitə sədrlərini mətbuata yaxın sayır?

Parlament jurnalistləri Milli Məclisin hansı komitə sədrlərini mətbuata yaxın sayır?

8 Yanvar 2010, 18:41

Modern.az saytı Milli Məclisdə akkreditə olunmuş jurnalistlərə “Milli Məclisin hansı komitə rəhbərini mətbuata yaxın, hansını uzaq hesab edirsiniz? ” sualı ilə müraciət edib.

Milli Məclisin Komitə rəhbərləri:

Təhlükəsizlik və Müdafiə Komitəsi – sədr Ziyafət Əsgərov
Aqrar Siyasət Komitəsi- sədr Eldar İbrahimov
Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi – sədr  Əli Hüseynov
Ekologiya, Energetika və Təbii Ehtiyatlar Komitəsi- sədr Valeh Ələsgərov
İqtisadiyyat Komitəsi-  sədr Ziyad Səmədzadə
Sosail Siyasət Komitəsi – sədr Hadi Rəcəbli
Mədəniyyət Komitəsi – sədr Nizamı Cəfərov
İnsan Hüquqları Komitəsi- sədr  Rəbiyyət Aslanova
Regional Məsələlər Komitəsi – sədr Arif Rəhimzadə
Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsi – sədr Səməd Seyidov
Elm və Təhsil Məsələləri Komitəsi- sədr Şəmsəddin Hacıyev

Jurnalistlərin fikirlərini təqdim edirik.

Mediaforum.az saytının əməkdaşı İmdad Əlizadə:
- Mətbuata yaxın komitə rəhbərləri Hadi Rəcəbli, Eldar İbrahimov, Nizami Cəfərov, Rəbiyyət Aslanova, Səməd Seyidov, Arif Rəhimzadədir.
Mətbuatdan uzaq komitə rəhbərləri isə Ziyad Səmədzadə, Valeh Ələsgərovdur.

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Azər Hüseynbala:
- Mətbuata yaxın komitə rəhbərləri Hadi Rəcəbli, Eldar İbrahimov,  Nizami Cəfərov, Rəbiyyət Aslanova, Səməd Seyidov, Arif Rəhimzadədir.
Mətbuatdan uzaq komitə rəhbərləri Ziyad Səmədzadə, Valeh Ələsgərov, Əli Hüseynovdur.

APA-nın müxbiri Elbrus Seyfullayev:
- Mətbuata yaxın komitə rəhbərləri Əli Hüseynov, Hadi Rəcəbli, Eldar İbrahimov, Nizami Cəfərov, Rəbiyyət Aslanova, Ziyafət Əsgərov, Şəmsəddin Haciyevdir.
Mətbuatdan uzaq komitə rəhbərləri Arif Rəhimzadə, Ziyad Səmədzadə, Valeh Ələsgərov, Səməd Seyidovdur.


“Bizim yol”
qəzetinin əməkdaşı Pərviz  Həşimli hesab edir ki, Rəbiyyət Aslanova, Hadi Rəcəbli və Nizami Cəfərov mətbuata yaxın, qalanları uzaq komitə rəhbərləridir.


“Üç nöqtə”
qəzetinin əməkdaşı Elməddin Muradlı:
- Mətbuata yaxın komitə rəhbərləri Arif Rəhimzadə, Rəbiyyət Aslanova, Hadi Rəcəbli, Nizami Cəfərov, Eldar İbrahimovdur.
Mətbuatdan uzaq komitə rəhbərləri Ziyad Səmədzadə, Əli Hüseynov, Səməd Seyidov, Valeh Ələsgərov, Şəmsəddin Hacıyevdir.

“Ayna” qəzetinin əməkdaşı Fərəh Sabirqızı:
- Mətbuata yaxın  komitə rəhbərləri Ziyafət Əsgərov, Arif Rəhimzadə,  Hadi Rəcəbli, Nizami Cəfərov, Rəbiyyət Aslanova, Səməd Seyidov, Əli Hüseynovdur.
Mətbuatdan uzaq komitə rəhbərləri Ziyad Səmədzadə və  Şəmsəddin Hacıyevdir.

“Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev:
- Mətbuata yaxın komitə rəhbərləri Səməd Seyidov, Hadi Rəcəbli, Nizami Cəfərovu hesab edirəm.
Mətbuatdan uzaq komitə rəhbərləri Əli Hüseynov, Ziyad Səmədzadə, Rəbiyyət Aslanova, Arif  Rəhimzadə, Ziyafət Əsgərov, Valeh Ələsgərov, Şəmsəddin Hacıyev, Eldar İbrahimovdur.

AzərTAc-ın əməkdaşı Xətayi Əzizov:
- Mətbuata yaxın komitə rəhbərlə Rəbiyyət Aslanova, Səməd Seyidov, Ziyad Səmədzadə, Nizami Cəfərov, Eldar İbrahimov, Hadi Rəcəbli, Arif Rəhimzadə, Ziyafət Əsgərovdur.
Mətbuatdan uzaq komitə rəhbərləri Əli Hüseynov, Şəmsəddin Hacıyevdir.

“Ekspres” qəzetinin müxbiri Aqil Aslan:
- Mətbuata yaxın komitə rəhbərləri Hadi Rəcəbli, Nizamı Cəfərov, Rəbiyyət Aslanova, Ziyafət Əsgərovdur.   
Mətbuatdan uzaq komitə rəhbərləri Əli Hüseynov, Səməd Seyidov, Ziyad Səmədzadə, Eldar İbrahimov, Arif Rəhimzadə, Valeh Ələsgərov, Şəmsəddin Hacıyevdir.

“Olaylar” İA-nın əməkdaşı Alim Hüseynli:
- Mətbuata yaxın komitə rəhbərləri Səməd Seyidov, Hadi Rəcəbli, Nizami Cəfərov, Şəmsəddin Hacıyev, Eldar İbrahimov, Rəbiyyət Aslanova, Arif  Rəhimzadə, Ziyafət Əsgərovdur. 
Mətbuatdan uzaq komitə rəhbərləri Əli Hüseynov, Ziyad Səmədzadə, Valeh Ələsgərovdur.

“525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğlu:
- Mətbuata yaxın komitə rəhbərləri Nizami Cəfərov, Hadi Rəcəbli, Eldar İbrahimov, Arif Rəhimzadə, Rəbiyyət Aslanova. Şəmsəddin Hacıyevdir.  
Mətbuatdan uzaq komitə rəhbərləri Səməd Seyidov, Əli Hüseynov, Ziyafət Əsgərov, Valeh Ələsgərov, Ziyad Səmədzadədir.

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev:
- Mətbuata yaxın komitə rəhbərləri Rəbiyyət Aslanova, Hadi Rəcəbli, Nizami Cəfərov, Eldar İbrahimov, Arif Rəhimzadə,  Şəmsəddin Hacıyev, Ziyafət Əsgərovdur.
Mətbuatdan uzaq komitə rəhbərləri Əli Hüseynov, Səməd  Seyidov, Valeh Ələsgərov, Ziyad Səmadzadədir.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy:
- Mətbuata yaxın komitə sədrləri Nizami Cəfərov, Rəbiyyət Aslanova, Ziyafət Əsgərov, Şəmsəddin Hacıyevdir.
Mətbuatdan uzaq komitə rəhbərləri Əli Hüseynov, Səməd Seyidov, Hadi Rəcəbli, Arif Rəhimzadə, Valeh Ələsgərovdur.

"Modern.az"

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi