Modern.az

Koronavirus 90% halda insana bu yolla keçir –Alimlərdən AÇIQLAMA

Koronavirus 90% halda insana bu yolla keçir –Alimlərdən AÇIQLAMA

Dünya

22 Aprel 2020, 11:00

Almaniyanın Bonn Universitetinin Virusologiya İnstitutunun alimləri koronavirusla bağlı önəmli müşahidə aparıblar.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı alimlər koronavirusa 90% halda yoluxma halının COVİD-19-dan əziyyət çəkən şəxslə yaxın və uzunmüddətli təmasdan qaynaqlandığını bildiriblər.

 

Bu barədə institutun direktoru Hendrik Ştreek açıqlama verib.

 

Virusoloqlar 1,4 min yoluxma və 46 ölüm faktının qeydə alındığı Haynsberq şəhərində bir neçə həftə ərzində koronavirusla bağlı araşdırma aparıblar. Onlar əşyalar üəzrində canlı virus tapa bilməyiblər.

 

 

“Biz qapı dəstəklərindən, telefon və tualetlərdən nümunələr götürən zaman götürdüyümüz nümunələri laboratoriya şəraitində virusu akitvləşdirə bilmədik”-deyə Ştrek deyib.

 

İnstitutun alimləri əşyalarla kontakt zamanı viurusa yoluxma ehtimalının çox aşağı olması qənaətinə gəliblər.

“İnfeksianın səürtlə yayılması insanların həmişə bir-biri ilə sıx və uzun təmasda olmasına görədir”.

 

 

Bundan əvvəl, Berlin Universitetinin virusoloqu Kristian Dorsten də eyni qənaətə gəlmişdi. O, virusun quru havaya qarşı çox həssas olduğunu və əsas yayılma yolunun insandan insana damcı yolu ilə keçməsində olduğunu bildirib.

 

 

Rusiyalı epidemioloq Nikolay Briko isə COVİD-19-un havafa yarım saata, maksimum 3 saata məhv olduğunu və buna görə hava yolu ilə kütləvi yoluxa bilmədiyini əlavə etmişdi.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı