Modern.az

Neftin qiyməti niyə ucuzlaşır - səbəblər nədir? - VİDEO

Neftin qiyməti niyə ucuzlaşır - səbəblər nədir? - VİDEO

İqtisadiyyat

22 Aprel 2020, 15:49

Dünya dünən bir tarixə şahid oldu. Neftin qiyməti  ilk dəfə olaraq mənfiyə düşdü. İlin əvvəlində neftin 1 barreli 70 dollar idisə, martın əvvəlində 50 dollara, dünən isə Texas (WTI) markalı ABŞ neftinin may fyuçers qiymətləri mənfi 3.99 dollara düşdü.

 

Buna səbəb dünyada gündə 100 milyon barrel neftin hasil olunmasına rəğmən, tələb olunan “qara qızıl” istehlakının 70 milyon barrel olmasıdır.

 

Yəni bazarda gündəlik 30 milyon barrel artıq neft olsa da, OPEK+ ölkələri hasilatın cəmi 10 milyon barel həcmində azaldılması barədə razılığa gəlib.

 

Bazardakı bu qeyri-stabil vəziyyət qlobal koronavirus pandemiyası ilə birbaşa əlaqədardır. Bundan əvvəl də, dünya və regional səviyyələrdə yaşanan siyasi, humanitar yaxud sosial sarsıntılar neftin qiymətlərinə təsir edib.

 

Neft qiymətləri dünyada baş verən proseslərə, hətta mənbəyi bilinməyən şayiələrə qarşı çox həssasdır.

 

Modern.az “qara qızıl”ın qiymətinin kəskin dəyişməsinin səbəblərini təqdim edir:

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?