Modern.az

Ukrayna XİN-dən erməni diplomatiyasını yerlə yeksan edən ÇAĞIRIŞ

Ukrayna XİN-dən erməni diplomatiyasını yerlə yeksan edən ÇAĞIRIŞ

22 Aprel 2020, 16:52

Ukrayna xarici işlər nazirinin müavini Vasili Bondar dövlət orqanlarının nümayəndələrinə müraciət ünvanlayıb.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, müraciətdə aprelin 24-də ermənilərin qeyd edəcəyi “soyqırımı” ilə bağlı rəsmi Kiyevin mövqeyi sərgilənib.

 

Nazir müavini dövlət məmurlarından “erməni soyqrımı” ifadəsindən çəkinməyi məsləhət görüb.

“1915-ci ildə Osmanlı İmperiyasında ermənilərlə baş verənlər BMT-nin 9 dekbar 1948-ci ildə qəbul etdiyi soyqırımı terminin şərtlərinə cavab vermir. 

 

Bundan başqa, Rusiyanın xarici siyasətinin təsiri altında olan Ermənistan beynəlxalq təşkilatda Ukrayna üçün həyati əhəmiyyətli qətnamələrin əlehinə səs verir”. 

 

Vasili Bondar Ukraynanın strateji müttəfiqi olan Türkiyənin məsələyə həssas yanaşdığını da xatırladıb.

Nazir müavini dövlət məmurlarından “soyqırımı” tədbirlərinə mümkün olduqca qatılmamağı və həmin ifadədən istifadə etməməyi xahiş edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı